Kommersiya təşkilatlarında praktik mühasibatlıq

 

Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi maliyyə və mühasibat sahəsində karyeralarını qurmaq istəyən şəxsləri " Kommersiya təşkilatlarında Beynəlxalq və Milli Mühasibat Uçotu Standartları əsasında praktik mühasibatlıq" təlimlərə dəvət edir.

 

Təlim keçiriləcək yer:  

 

Heydər Əliyev prospekti 10 (köhnə 50), Bakı, Azərbaycan

Əlaqə telefonu: (012) 404 81 59; (012) 404 81 50

E-poçt ünvanı: [email protected];   [email protected]

 

 

 

Tədris dili:     Azərbaycan

 

Təlimin məzmunu haqqında ümumi məlumat:

 

Kommersiya təşkilatlarında Beynəlxalq və Milli Mühasibat Uçotu Standartları əsasında praktik mühasibatlıq normativ hüquqi aktların tələblərinə uyğun olaraq sıfırdan mühasibatlığın öyrədilməsi üçün nəzərdə tutulmuşdur. Bu təlim MHBS-a (IFRS) əsaslanaraq iştirakılarda mühasibat uçotu standartlarının anlayışı və tətbiqi, həmçinin nəzəri, normativ baza qrupların və ayrı-ayrı şəxslərin maliyyə hesabatlarını hazırlaması sahəsi üzrə  bilik və bacarıqlarını inkişaf etdirmək üçün nəzərdə tutulub. Eyni zamandabu təlimdəmaliyyə hesabatlarının necə analiz olunmasını və interpretasiya edilməsini öyrənəcəksiniz. Proqram hər bir MUBS-ü (IAS) açıqlanması və mövzu üzrə müqayisəli olaraq keçiriləcək, həmçinin həm nəzəri və həmdə praktiki hissələr birlikdə vəhdət olaraq öyrədiləcək.  Burada kassa və bank əməliyyatları, maliyyə hesabatları,mövcud müəssiə üzrə vergiyə dair hesabatların BTP proqramı vasitəsilə hazırlanması və göndərilməsi, DSMF hesabatlarının B1 və B3 proqramı vasitəsilə hazırlanması və göndərilməsi, statistik hesabatların onlayn (online)  hazırlanması və təqdim edilməsi qaydaları tədris olunacaqdır. Qeyd olunanlarla yanaşı təlim müddətində kommersiya təşkilatlarında baş vermiş təsərrüfat əməliyyatlarının memorial orderlərdə müxabirləşmələrlə əks etdirilməsi, yığım cədvəlinin hazırlanması, baş kitabların tərtibi və dövriyyə cədvəllərinin qurulması dinləyicilərə mənimsədiləcəkdir. Tədris materialları ödənişə daxildir.

 

Təlim kimlər üçün hazırlanıb?

 

Təlim proqramı karyerasını maliyyə və mühasibatlıq sahəsində qurmaq istəyən, bu sahələr üzrə mütəxəssis kimi çalışmaq istəyən xüsus iixtisaslaşdırılmış və ali məktəblərin tələbə və məzunları, çalışmağa yeni başlamış və yaxud bu sahədə təcrübəsi kifayət qədər olmayan, ixtisasını təkmilləşdirmək arzusunda olan dinləyicilər üçün nəzərdə tutulub.

 

Tələb olunan ilkin biliklər:

 

Təhsillə bağlı heç bir tələb yoxdur. İlkin iqtisadi biliyin olması tövsiyə edilir.

 

Təlimin davametmə müddəti və təşkili:

 

Təlim müddəti 12 həftə, ümumi tədris yükü 50 saatdır. Təlim iştirakçıları tədris materialları ilə Mərkəz tərəfindən təmin olunacaqdır.

 

Təlimin hədəfi:

 

-Müəssisələrdə maliyyə - mühasibat uçotunun qurulması qaydaları ilə tanış olmaq

-Gündəlik iqtisadi əməliyyatların mühasibat uçotu sistemində əks etdirilməsi

-Sərbəst maliyyə, vergi, DSMF və statistik hesabatlarının tərtib edilməsi.

 

Təlim iştirakçılarının sayı:

 

10 nəfərədək

 

Təhsil siyasətimiz:

 

Təlimləri müvəffəqiyyətlə bitirmiş hər bir dinləyicinin bizi təmsil edəcəyini və bizim simamız olacağını düşünərək məsuliyyətimizi dərk edirik.Bu səbəbdən yüksək səviyyəlli xidmət və peşəkar tədrisin köməyi ilə müştərimizə məqsədlərinə çatmaqda birbaşa kömək olmaq əsas məqsədimizdir. 

 

Təlimdən sonra şərhinizi "Müştəri məmnuniyyət forması"-nı doldurmaqla bizə anonim şəkildə ünvanlaya bilərsiniz.

 

Bizi fərqləndirən əsas cəhətləri

 

-Peşəkar idarəçilik  və təlimçilər komandası

-Müasir bilik standartlarının tətbiqi

-Hərbirdinləyiciyəfərdiyanaşmametodikası

-Sizi ilk növbədə sertifikatla deyil, bilik və bacarıqla təmin etmək

-Təlimlərdən sonra da hər zaman dəstək olmaq

 

Təlimin başlama tarixi: 18 fevral 2017-ci il


Dərs günləri: Şənbə və ya həftə içi

Vaxt:

Şənbə günləri: 10:00 – 13.30 və ya 14.00-17.30
          Həftə içi: 19.00 - 21.00.

 

Təlimin vaxtı dinləyicilərin ümumi razılığı ilə dəyişdirilə bilər.

 

Tədris dili: Azərbaycan dili
Təlimin müddəti(saat): 64 saat
Təlimin ümumi qiyməti – 500 AZN 

 

* Sayı birdən çox korporativ müştərilər və tələbələr üçün xüsusi endirimlər mövcuddur.

Təlim haqqında daha ətraflı məlumat əldə etmək üçün bizimlə əlaqə saxlayın.

Qeydiyyatdan keçmək üçün aşağıdakı linkdən istifadə bilərsiniz:

 

http://tedris-maliyye.gov.az/

https://www.facebook.com/groups/maliyye.elm.tedris.merkezi/

 

Yekunda dinləyicinin nəticələrindən asılı olaraq müvəffəqiyyət və ya dinləyici sertifikatı təqdim ediləcəkdir.

9 Fevral 2017 , 15:43   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin