Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Kapital bazarı inkişafda bank bazarını üstələyir – TƏHLİL

iç səhifə xəbər başlığı altı (mobil)_31
 Kapital bazarı inkişafda bank bazarını üstələyir – TƏHLİL

Azərbaycanın maliyyə xidmətləri sektorunda ən böyük artım kapital bazarında müşahidə olunur. Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) açıqladığı bu ilin altı ayı üzrə hesabatın analizi göstərir ki, ötən ilin eyni dövrü ilə müqayisədə artım 2,4 dəfənin üstündədir. Əslində Palatadan başlamış bu sahədə fəaliyyət göstərən bütün qurumlaradək infrastruktur tam formalaşıb və istənilən həcmdə əməliyyatların aparılması üçün sistem tam hazırdır. Yeganə zəif nöqtə isə korporativ bazar və kütləvi səhm buraxılışları üzrə gözləntilərin vaxtının qeyri-müəyyənliklə uzanmasıdır. Bu isə daha çox özəl sektordakı şirkətlərin bazara çıxmağa hazır olmamasına bağlıdır.   

 

Reklam_3_11

Milyonluq dövriyyə milyarda keçdi

 

Beləliklə, bazarın 2016, 2017 və 2018-ci ilin ilk yarımillərinin müqayisəsi göstərir ki, bank sektorunun böhranından sonra alternativ maliyyə mənbəyi kimi və alətlərin çeşidi baxımından kapital bazarı mühüm əhəmiyyət daşıyır. Buna görə də Palata bazarın iştirakçı və tənzimləyici qurumlarını səfərbər edərək, sistemi işlək formaya salmaq üçün tapşırıqlar verdi. Təbii ki, devalvasiyadan sonra inflyasiyanı cilovlamaq məqsədilə ilə dövlət qiymətli kağızları və Mərkəzi Bankın repo əməliyyatları fond bazarını aktivləşdirdi və bu kağızlar əsas ticarət alətlərinə çevrildilər. 2016-cı ildə həcmi cəmi 259 milyon manat təşkil edən dövlət qiymətli kağızları ötən 2 ildə artaraq 2018-ci ilin iyul ayına 6 milyard manatı ötdü. 2016-cı ilin eyni dövründə ümumiyyətlə qeydə alınmayan repo əməliyyatları isə 2018-ci ilin altı ayındakı 466 milyon manatlıq bir dövriyyə yaratdı.  

 

İstiqrazlara maraq azalıb

 

Kapital bazarları alətləri arasında ən böyük zərbəni korporativ qiymətli kağızlar bazarı aldı, 2016-cı ildə həcmi 4 milyard 669 milyon manatdan yuxarı olan korporativ istiqraz bazarı 2017-ci ilin ilk yarımilliyində 82% azaldı və 856 milyon manata düşdü. Təbii ki, istiqrazların əksəriyyətinin manatla ifadə olunduğunu nəzərə alsaq və həmin dövrdə manatın dəyərsizləşməsi bu seqmentə marağı kəskin azaltdı. 2018-ci ilin eyni dövründə isə bu rəqəm 434 milyon manata düşdü. Korporativ qiymətli kağızlar bazarında yalnız ən böyük canlanma ilkin səhm buraxılışlarında qeydə alındı və 2017-ci ilin ikinci rübünün sonunda artıq 2,9 dəfəlik bir artım ortaya çıxdı. Maliyyələşmə mənbəyi kimi daha çox səhm buraxmağa meyilli olan qurumlar arasında isə banklar xüsusi aktivliyi ilə seçildilər.

   

İllər

Korporativ qiymətli kağızlar bazarının həcmi, AZN  

Dövlət qiymətli kağızları

Törəmə maliyyə alətləri

Repo/əks repo əməliyyatları

2016, II rüb

5 240 534 751

259 173 678

1 552 826 372

0

2017, II rüb

1 904 387 576

1 106 388 702

2 207 563 336

11 577 452

2018, II rüb

1 128 900 000

6 006 700 000

4 849 800 000

466 200 000

 

Bazarın lideri dövlət qiymətli kağızlarıdır     

 

Rəqəmlərin müqayisəsi göstərir ki, son üç ildə dövlət qiymətli kağızlarının payı daha çox yüksəlir. Düzdür, dövlət qiymətli kağızlarının payı bəzən 85%-dən 75%-ə düşdü, amma nəticə etibarilə Maliyyə Nazirliyinin qısamüddətli istiqrazları və Mərkəzi Bankın notu bazardakı ümumi əməliyyatlar dövriyyəsində üstün payı tutur. Hazırda ümumi bazarın 94% dövlət qiymətli kağızlarının payına düşür. Başqa sözlə, dövlət qiymətli kağızlarının dəstəyilə kapital bazarının həcmi böyüyür. Özəl korporativ kağızlar arasında isə İpoteka Fondunun və SOCAR-ın istiqrazlarının böyük payı var, çünki həm ilkin, həm də təkrar bazarda əməliyyatları aparılır.

 

Törəmə maliyyə alətləri olan opsionlar, fyuçers müqavilələri, varrantlar və s üzrə dövriyyənin artımı da 2,5 dəfədən çoxdur. Xatırladaq ki, bu alətlərin əsas funksiyası sənəd sahibini birja oyununda zərərdən sığortalamaq, eləcə də inflyasiya və iqtisadi qeyri-stabillik şəraitində onun müdafiəsini təmin etməkdir.

 

Bir addım öndə

 

Bu sahənin ekspertləri isə daha çox korporativ yönlü şirkətlərin istiqraz və səhm buraxılışları üzrə kütləvi təkliflərlə bazara gəlməsini gözləyir, çünki nəticə bazarı daha da stimullaşdırar. Qiymətli kağızlar bazarı üzrə mütəxəssis Cəfər İbrahimli hesab edir ki, hazırda kapital, fond bazarı pul bazarından bir addım öndədir: “Kapital bazarının pul bazarı ilə paralel inkişafı isə maliyyə sektorunun daha dayanıqlı olmasına dəstək verəcək. Hesab edirəm ki, şirkətlər daha çox səhm və istiqraz bazarına yönəlsələr və maliyyələşməni buradan əldə etsələr bu həm bazarın böyüməsinə, həm də maliyyə mənbələrinin şaxələnməsinə kömək göstərə bilər”.

 

Qeyd edək ki, şirkətlərin öz səhmlərini kütləvi şəkildə bazara çıxartması (İPO) və maliyyələşmə mənbələrinin differensasiyası son illərin daimi müzakirə mövzusudur. Bu məsələ xüsusi aktuallıq kəsb etdiyindən “Strateji yol xəritələri”ndə də öz əksini tapır. Bazar 2018-ci ilin sonuna qədər belə bir nümunənin olacağını gözləyir. Söhbət böyük həcmdə səhm İPO-nun olmasından getmir, kiçik həcmlərdə belə əməliyyatların başlaması bazarın inkişafına təkan verə bilər. Korporativ şirkətlərin səhm və istiqraz bazarına istiqamətlənməsini ən çox istəyən də məhz bu sahədə çalışan dövlət təşkilatlarıdır. Lakin korporativ şirkətlərin maliyyə şəffaflığı və bazar konyukturası təkmil olmaması əməliyyatlara başlamaq arzusunu tormozlayır. C.İbrahimli də problemin səbəbini bunda görür: “Bazarının özünəməxsus tələbləri var, lakin şirkətlər bu tələbləri hiss edirik ödəməkdə çətinlik çəkirlər, nəticədə çıxış yolunu yenə pul bazarına çıxmaqda və maliyyələşməni kreditləşmə yolu ilə həyata keçirməkdə görürlər. SOCAR, Metak şirkətlərinin kağızları bazarda canlanma yaratdı. Metak-ın kağızları kütləvi şəkildə satışa çıxarılmasa da fiziki və hüquqi şəxslərin investisiya yatırmasına yönəldi. Bu o deməkdir ki, ən azı həmin standartlara uyğunlaşmış bir şirkətin kağızları bazara çıxdı. Düşünürəm ki, müəyyən zamana ehtiyac var, şirkətlərin şəffaflığı artdıqca, korporativ idarəetmə standartları yüksəldikcə bu bazara baxacaqlar”.

 

İnvestor 5 dəqiqədə alqı-satqı edə bilər

 

Azərbaycanda kapital bazarının infrastrukturu isə tam formaşıb. Xarici bazarlarda da əməliyyatlar aparan mütəxəssis kimi C.İbrahimlinin də qənaəti belədir: “Əminliklə deyə bilərəm ki, Bakı Fond Birjası, Milli Depozitar Mərkəz, investisiya şirkətlərinin  xidmətləri tam şəkildə tələblərə cavab verir. İstənilən investor 5 dəqiqədə istədiyi qiymətli kağızı alqı-satqı edə bilər. Buna bazar hazırdır”.

 

Əslində SOCAR istiqrazları üzrə əməliyyatlar buna nümunədir, bazar infrastrukturu özünü doğrultdu və 100 milyon kağız kütləvi satışa çıxarıldı. Üstəlik, SOCAR istiqrazları üzrə təkrar bazarda 160 milyon dollarlıq əməliyyat aparılıb. Düzdür, səhm bazarının həcmi az olsa da əqdlərin sayı çoxdur və mütəmadi olaraq təkrar bazarda 1500-1600 səhmdar cəmiyyətin səhmlərin alqı-satqısı həyata keçirilir.

 

C.İbrahimli: “Heç bir müştəri deyə bilməz ki, onun əməliyyatlarında ləngimə var. Bu o deməkdir ki, başda Palata olmaqla infrastruktur mövcuddur”.

 

Strateji “5 İPO”

 

Qeyd edək ki, “Strateji yol xəritəsi”ndə yaxın illərdə Azərbaycanda 5 şirkətin İPO və listinqə çıxarılması nəzərdə tutulub. Bu yöndə işlər gedir, lakin bir məqam da var ki, ilk İPO mütləq uğurlu olmalıdır. Çünki sonrakı inkişaf məhz ilk kütləvi səhm təklifinin müsbət nəticələrindən çox asılıdır. Ilk təkliflər sırasında Azərsun Holdinqin zavodlarından birinin olması ilə bağlı təkliflər isə yüzdəyüz müsbət qarşılanmadı. Bazar tələblərinin yüksək olması səbəbindən şəffaflıq standartlarına tam cavab verən şirkət nümunəsinin tapılması isə 2019-cu ilə qədər uzana bilər. Çünki 2019-cu ilə gözlənən yeni “Vergi Məcəlləsi”nin şəffaflıq üçün zəmin yaradacağı gözlənilir.      

Beləliklə, Azərbaycan şirkətləri üçün kapital bazarı yeni maliyyələşmə imkanı yaradacaq. Çünki kapital bazarından borclanan şirkətlər pul bazarından borclanmadan daha aşağı faizlər əldə edirlər.  Səbəbi isə budur ki, şirkət özü bazara çıxdıqda birbaşa investorla görüşür və pulu da vasitəçi olmadan investordan əldə edir. Bank bazarı isə xidmət haqqı və marja nəticəsində daha yüksək kredit şərtləri qoyur. “Metak” nümunəsi göstərdi ki, banklar 20%-dən aşağı kredit verməyəndə bu şirkət kapital bazarından 12% ilə borclana bildi. Beləliklə, qarşıdakı şəffaflaşma illəri ölkə şirkətlərinə yeni imkanlar qazandıracaq və nəticələr ümumi iqtisadiyyat üçün müsbət olacaq.

 

Müəllif: İlhamə Abdullayeva

02.08.2018 14:14

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ