Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

14 bankın faiz xərcləri artıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
14 bankın faiz xərcləri artıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"Azərbaycan Beynəlxalq Bankı" (ABB) istisna olmaqla ölkədə fəaliyyət göstərən 29 bankdan 14-nün bu ilin yanvar-iyun aylarındakı faiz xərcləri ötən ilin eyni dövrünə nisbətən çox olub. 

 

Reklam_3_11

Bunlar İran və Pakistan Milli Banklarının Bakı filialları, "Naxçıvan Bank", "NBC Bank", "Muğan Bank", "Atabank", "Zıraat Bank Azərbaycan", "Azər-Türk Bank", "Express Bank", "Bank Silk Vey", "AFB Bank", "Günay Bank", "Bank BTB" və "Amrah Bank"dır. Ən yüksək dinamika İran Milli Bankının Bakı filialında (2,2 dəfə), ən aşağı dinamika isə "Amrah Bank"da (4,6%) qeydə alınıb.

 

1 bankın - "Rabitəbank"ın faiz xərcləri demək olar ki, dəyişməyib.

 

14 bankın - "Turan Bank", "Azərbaycan Sənaye Bankı", "Kapital Bank", "Bank Avrasiya", "Xalq Bank", "Nikoyl Bank", "Unibank", "AGBank", "Access Bank", "PAŞA Bank", "Bank Respublika", "Yapı Kredi Bank Azərbaycan", "Bank of Baku" və "Bank VTB Azərbaycan"ın isə faiz xərcləri azalıb. Ən çox azalma "Bank VTB Azərbaycan"da (56,1%), ən az azalma isə "Turan Bank"da (4,5%) qeydə alınıb.

 

ABB faiz xərclərinin dinamikasını açıqlamayıb.

 

3 BANKIN FAİZ XƏRCLƏRİ 20 MİLYON MANATDAN ÇOXDUR

 

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 3-nün faiz xərcləri 20 milyon manatdan çox olub.

 

Bunlar "Azərbaycan Beynəlxalq Bankı" (63,275 milyon manat), "Kapital Bank" (38,812 milyon manat) və "Access Bank"dır (26,618  milyon manat).

 

Qalan 27 bankdan 6-da faiz xərcləri 10-20 milyon manat arasında, 18 bankda 1-10 milyon manat arasında, 3 bankda isə 1 milyon manatdan azdır.

 

ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN

 

© "Renkinq" 

03.08.2018 06:00

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ