Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Dollara təsir edə biləcək mühüm məlumatlar açıqlanacaq - GÜNƏ BAXIŞ

iç səhifə xəbər başlığı altı (mobil)_31
Dollara təsir edə biləcək mühüm məlumatlar açıqlanacaq - GÜNƏ BAXIŞ

Bu gün ABŞ-dan açıqlanacaq önəmli xəbərlər öncəsi valyuta birjalarında ticarət aktivliyi azalsa da, yenidən güclənəcəyi gözlənilir.



Dünya valyuta birjalarında dolların aparıcı valyutalara nisbətən orta qiyməti bahalaşmaqda davam edir. Beləliklə, EUR/USD məzənnəsi 1.1580$-a kimi ucuzlaşıb və bu səviyyənin altında qalarsa, 1.1530$-a kimi də ucuzlaşa bilər.

 

Türkiyə maliyyə bazarlarında da USD/TRY məzənnəsi bahalaşmaqda davam edir və məzənnə 5.09TL-nin üzərində möhkəmlənərsə, 5.20TL-yə kimi də bahalaşa bilər.

 

Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 16:30-da ABŞ-dan əmək bazarı ilə bağlı önəmli fundamental məlumatlar açıqlanacaqdır və dünya birjalarında güclü dalğalanma gözlənilir.

 

Bu gün Amerikada işsizlik, qeyri-kənd təsərrüfatında işləyənlərin sayında (ing.: "Non-Farm Payrolls", "NFP") və əmək haqlarında dəyişikliklə bağlı vacib statistik məlumatlar açıqlanacaqdır. 

 

Maliyyə bazarlarında işsizlik səviyyəsinin 4.0%-dən 3.9%-ə kimi azalması, "NFP" üzrə 193 000 nəfər və əmək haqlarında aylıq müqayisədə 0.3% artım proqnozlaşdırılır. Bunlar ABŞ-da hökm sürən tam məşğulluq səviyyəsinin daha da yaxşılaşmasına işarədir. Təcrübə də göstərir ki, "NFP" üzrə 200 000 nəfər ətrafında və əmək haqlarında 0.3% üzərində açıqlanan göstərici güclü, 5.0%-ın altında işsizlik səviyyəsi isə tam məşğulluq hesab edilir. 

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

Gözləntilərdən uzaq sürpriz göstəricilər açıqlanmadığı təqdirdə, dolların aparıcı valyutalara nisbətən orta qiyməti bahalaşmaqda davam edə bilər. Bunun əsas səbəbi Amerika Mərkəzi Bankının sərt monetar siyasəti fonunda uçot faizlərini artırmaqda davam edəcəyi gözləntiləridir. 

 

Qeyd etmək lazımdır ki, göstəricilərin açıqlanmasına bir neçə saat qalmış beynəlxalq valyuta birjalarında maliyyə aktivlərin qiymətlərində volatillik zəifləyib. Bu isə yayımlanacaq göstəricilər öncəsi investorların ehtiyatlı mövqe tutmaqları ilə əlaqədardır. 

 

Qızıl qiymətlərində yeni eniş dalğası. 

 

Əlvan metallar bazarlarında isə qızılın qiymətində sürətli ucuzlaşma müşahidə edilir və hal-hazırda 1207$-a ticarət edilən, qızılın bir unsiya üzrə qiyməti 1204$-ı da aşağı istiqamətdə qırarsa, 1195$-a kimi də dəyər itirə bilər.

 

Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb

 

03.08.2018 07:11

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ