Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

DAD şirkəti Böyük Britaniya və İtaliyadan sifarişlər alıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
DAD şirkəti Böyük Britaniya və İtaliyadan sifarişlər alıb

Azərbaycanın meyvə istehsalçısı DAD şirkəti Böyük Britaniya və İtaliyaya tədarüklərə başlamaq niyyətindədir.

 

Reklam_3_11

Bu barədə şirkətin direktoru İsaməddin Dəmirov deyib.

 

O bildirib ki, şirkət artıq bu ölkələrdən sifarişlər alıb:

 

“Məhsulun sənədləşdirilməsi, sertifikatlaşdırılması ilə bağlı məsələlərin həll olunması qalır. Bizim ənənəvi satış bazarlarımız Rusiya və digər MDB ölkələridir. Bundan başqa, biz ərəb ölkələrinə - Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər, Küveyt və Asiya ölkələrinə - Malayziya, Sinqapur, Maldiv adalarına məhsul ixrac edirik”.

 

Onun sözlərinə görə, 2018-ci ilin yekunlarına əsasən şirkət ixracatı beş milyon dollaradək artırmağı planlaşdırır. 2017-ci ildə bu göstərici 3 milyon dollara yaxın təşkil edib. O bildirib ki, şirkətin istehsal etdiyi məhsulun 60 faizi ixraca yönəlir.

 

İ.Dəmirov bildirib ki, şirkət həmçinin Quba şəhərində marmelad və cem istehsalı üzrə müəssisə tikmək niyyətindədir. Bu gün DAD yalnız istehsal və qablaşdırma ilə məşğul olur. Şirkətin müəssisələri və bağları Quba və Qəbələ şəhərlərində yerləşir.

 

Şirkətin direktoru əlavə edib ki, Azərbaycanın meyvə-tərəvəz məhsullarına xarici bazarlarda böyük tələbat var.

 

ONLAYN MÜRACİƏTLƏ 1 İŞ GÜNÜNƏ MANAT KREDİTLƏRİ

 

© Trend

03.08.2018 08:32

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ