Ən yuxarı (mobil)-2_30

Hacı İbrahim həbs edilən qardaşı ilə əlaqəsi olmadığını bildirdi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Hacı İbrahim həbs edilən qardaşı ilə əlaqəsi olmadığını bildirdi

“Mən onun haqqında heç nə bilmirəm, bilmək də istəmirəm”.

 

Bunu  açıqlamasında “Avesta” şirkətinin prezidenti, tanınmış iş adamı Hacı İbrahim Nehrəmli (İbrahim İbrahimov) qardaşı Sahib İbrahimovun həbs xəbərinə münasibət bildirərkən deyib.


İ.Nehrəmli qardaşı olmasına baxmayaraq, S.İbrahimovla hər hansı əlaqəsi olmadığını vurğulayıb,

 

“Belə bir şey varsa, Allah qapısını açsın!”, -deyən Hacı İbrahim Nehrəmli digər sualardan yayınıb.

 

Yayılmış xəbərə görə, iş adamı Sahib İbrahimov həbs edilib. S. İbrahimov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunub. 

 

Məhkəmənin qərarı ilə S. İbrahimov barəsində həbs qətimkan tədbiri seçilib. O, 1 saylı Bakı İstintaq Təcridxanasına köçürülüb. 

 

Daha əvvəl mətbuatda S.İbrahimovun sahibi olduğu tikinti şirkətinin vətəndaşları aldatması ilə bağlı dəfələrlə şikayət məktubları yer alıb. Belə ki, şikayətçilər müqavilə əsasında şirkətə pul ödəsələr də, mənzillərin onlara verilmədiyini bildiriblər.

 

S.İbrahimov Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimov və  “Avesta” şirkətinin prezidenti, tanınmış iş adamı Hacı İbrahim Nehrəmlinin qardaşıdır.

 

1 GÜNƏ KREDİT ALIN!

 

© Modern.az

03.08.2018 09:30

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ