Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Nazirliyin yanında Fermerlər Şurası yaradıldı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Nazirliyin yanında Fermerlər Şurası yaradıldı

Bu gün Kənd Təsərrüfatı Nazirliyində Fermerlər Şurasının yaradılmasına həsr olunmuş toplantı keçirilib.

 

Reklam_3_11

Ölkənin qabaqcıl fermerlərinin iştirakı ilə keçirilən toplantıda çıxış edən nazir İnam Kərimov ölkədə aqrar islahatların davam etdiyini bildirib.

 

Yerlərdə kənd təsərrüfatı idarələrinin əsasında Dövlət Aqrar İnkişaf Mərkəzlərinin (DAİM) yaradılacağını deyən İ.Kərimov bildirib ki, yeni qurum vahid pəncərə sisteminin tətbiqinə, şəffaflığın tam təmin olunmasına imkan verəcək. DAİM-lər yanında Fermer və Koordinasiya Şuralarının yaradılacağını xatırladan nazir bildirib ki, bu gün təsis olunan qurum da Kənd Təsərrüfatı Nazirliyi yanında Fermerlər Şurasıdır:

 

“Kənd Təsərrüfatı Nazirliyinin son məqsədi odur ki, fermerlər torpaqdan daha səmərəli istifadə edə bilsinlər, daha çox məhsul istehsal edib, daha çox qazansınlar. Fermerlərin problemlərinin müəyyənləşmək, onların öz fəaliyyətlərini daha mükəmməl qurmasına kömək göstərmək məqsədilə Aqrar Tədqiqatlar Mərkəzi, fermerlərin öz məhsulu satmasına yardım göstərmək üçün "Dövlət Aqrar Ticarət Şirkəti" MMC yaradılıb. “Aqrolizinq” isə fəaliyyətini təkmilləşdirməli, ölkəyə yeni texnikalar gətirilməli, qiymətlər əlçatan olmalıdır”, - deyə o, qeyd edib. 

 

Nazir Azərbaycanda 11 regional aqrokimya laboratoriyasının yaradıldığını xatırladıb. Onun sözlərinə görə, bu laboratoriyalar fermerlərə torpağın tərkibini analiz etməyə imkan verəcək, əkin sahələrində meydana çıxan bir çox problemlərin qarşısını əvvəldən almağa şərait yaradacaq. Nazir İnam Kərimov həmçinin könüllülük prinsipi əsasında kooperativlərin yaradılmasının vacibliyini vurğulayıb və fermerləri bununla bağlı maarifləndirmə işini sürətləndirməyə çağırıb.

 

Tanınmış fermerlərdən Fatma Hüseynova, İldırım Məmmədov, Bayram Əlləzov, Lətif Cəfərov, Mikayıl Davudov, Rafət Abbasov, Elman Nərimanov, Sahib Ramazanov, İvan Kazakov, Tərlan Hüseynov, Anar Tahirov, Suliddin Mahmudov, Aydın Həsənquliyev, Cümşüd Babayev çıxış edərək fermerlərin qarşısında duran vəzifələr, meydana çıxan problemlər barədə fikirlərini bölüşüb, təkliflərini səsləndiriblər. Görüşdə toxum və gübrələrin keyfiyyəti, sahələri daşdan təmizləyən texnikanın olmaması, suvarma problemləri, heyvandarlığın inkişafı üçün atılacaq addımlar ətrafında müzakirələr aparılıb. Görüşün sonunda 14 nəfərdən ibarət Fermerlər Şurasının İdarə Heyəti təsis olunub.

03.08.2018 09:42

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ