Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycan sərhədinin pozulmasına cəhd olub

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan sərhədinin pozulmasına cəhd olub

 Avqustun 1-də Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qul­luqçuları İran İslam Respublikasından ölkə ərazisinə qa­çaqmal yolu ilə narkotik vasitələrin və psixotrop maddələrin gətirilməsi cəhdinin qarşısını alıb.

 

Bu barədə DSX-nın Mətbuat mərkəzindən bildirilib.

 

Hadisə DSX sərhəd qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Biləsuvar rayonu ərazisindəki sərhəd zastavasının xidməti sahəsində baş verib. Həmin gün saat 22:00 radələrində İİR ərazisindən 3 nəfər şəxsin sürünərək Azərbaycan ərazisinə doğru hərəkət etməsi sərhəd naryadı tərəfindən müşahidə olunmuş və nə­zarətə götürülüb.

 

Dövlət sərhədini pozduqdan sonra sərhədçilər tərəfindən aşkar­landıqlarını başa düşən sərhəd pozucuları geri qaçmağa başlamış, sərhəd naryadının xəbərdarlıq atəşinə baxmayaraq havanın qaranlıq olmasından və ərazinin relyef xüsusiyyətlərindən istifadə edərək İran İslam Respublikasının ərazisinə keçiblər.

 

ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN

 

Hadisə yerinə baxış zamanı 1 ədəd bel çantasının içərisində 6,4 kq narkotik vasitəyə oxşar maddə, hər birində 10 həb olmaqla 79 ədəd konvalüt “Tedol-200”, 100 ədəd 10 milliqramlıq flakonda “MYDRAX” psixotrop tərkibli dərman preparatları aşkar olunub.

 

Fakt üzrə Dövlət Sərhəd Xidmətinin istintaq və təhqiqat idarəsi tərəfindən cinayət işi başlanılıb.

03.08.2018 11:37

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ