Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Gömrükdən "bir inspektor - bir avtomobil" yeniliyi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Gömrükdən "bir inspektor - bir avtomobil"  yeniliyi

Dövlət Gömrük Komitəsi (DGK) Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda "bir pəncərə" sistemini təkmilləşdirmək məqsədilə pilot layihə həyata keçirir.

 

Bu barədə Dövlət Gömrük Komitəsinin Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsinin Texnoloji İnnovasiyalar İdarəsinin rəisi Azər Abbasov deyib.

 

O bildirib ki, "Qoşa Təpə" gömrük postunda "bir pəncərə" sistemini təkmilləşdirmək üçün "bir inspektor - bir nəqliyyat vasitəsi" layihəsinə başlanılıb. Layihənin mahiyyəti ondan ibarətdir ki, burada vətəndaş bir inspektor ilə təmasda olur. Belə ki, digər gömrük postlarında tətbiq edilən "bir pəncərə" sistemində bir neçə gömrük işçisi öz sahəsi üzrə vətəndaşa xidmət göstərirsə, "Qoşa Təpə" gömrük postunda bir əməkdaş bütün sahələr üzrə vətəndaşa xidmət göstərir.

 

A.Abbasov qeyd edib ki, tətbiq edilən pilot layihə nəticəsində bir şəxsin "bir pəncərə" sistemindən keçmə müddəti 5 dəqiqəyədək azalıb.

 

ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN

 

© Azərtac

03.08.2018 11:48

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ