Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

“Kazakov və oğulları” artıq bir brenddir, ən keyfiyyətli bal sayılır”

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Kazakov və oğulları” artıq bir brenddir, ən keyfiyyətli bal sayılır”
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Fermerlər Şurasının üzvü Arıçılar Assosiasiyasının yaradılmasını müsbət addım sayır


 

“Kəndimizdə heyvandarlıq və arıçılıqla məşğul oluram. Arıçılığa daha çox diqqət yetirirəm. Arıçılıqda ən müasir metodlardan istifadəyə üstünlük verirəm. Bunlardan biri də bir neçə arı ailəsinin bir yerdə saxlanmasıdır”. Bu fikirləri İsmayıllı rayonunun İvanovka kəndində kənd təsərrüfatı ilə məşğul olan fermer İvan Kazakov deyib.

 

Fermer İvanovkada mövcud olan ən böyük problemlərdən birinin gənclərin şəhərə axını olduğunu deyib: “İvanovka kəndində qarşılaşdığımız ən mühüm problem gənclərin şəhərə qaçmasıdır. Mənə elə gəlir ki, kənd təsərrüfatında çalışa biləcək peşəkar ixtisas sahiblərinin yetişdirilməsi və bu prosesin texniki peşə məktəblərində aparılması çox vacibdir. Bir vaxtlar texniki peşə məktəbləri aqrar sektorda müxtəlif sahələr üzrə kadrların hazırlanmasında böyük rol oynayırdı”.

 

İvan Kazakov Arıçılar Assosiasiyasının yaradılmasını müsbət addım kimi qiymətləndirir: “Bu çox müsbət hadisədir. Biz öz həmkarlarımızla məsləhətləşir və fikir mübadiləsi aparırıq. Bu gün havaların isti keçməsi bal məhsuldarlığının səviyyəsinə də təsir göstərir. Biz çalışırıq ki, ilk olaraq may-iyun aylarında, sonra isə iyul-avqust aylarında daha çox məhsul götürək. Çünki bizim bölgənin təbii iqlim şəraiti binu tələb edir. Müştərilərimiz “Kazakov və oğulları” adı altında satılan bal məhsullarımızı yaxşı tanıyırlar. Biz İsmayıllı rayonunda hasil etdiyimiz balı Bakı şəhərindəki mağazalar vasitəsilə satışa çıxarırıq. Bu artıq bir brenddir. Bizim balımız laboratoriyalarda aparılan analizlərin nəticələrinə görə ən keyfiyyətli bal sayılır”.

 

İvanovkalı fermer balın keyfiyyətində coğrafi şərait və qulluqla yanaşı arıçının yanaşmasının da rol oynadığını deyir: Biz ailə üzvlərimiz arasında belə bir söz işlədirik - balın keyfiyyəti, arıçının vicdanıdır. Bu doğrudan da belədir”.

03.08.2018 14:29

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ