Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

"Expressbank"ın filiallarına mütəxəssislər tələb olunur

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Expressbank"ın filiallarına mütəxəssislər tələb olunur

"Expressbank" ASC yeni vakansiyalar elan edib.

 


1. Mikro kreditlər üzrə mütəxəssis / aparıcı mütəxəssis (Bakı, Qusar, Xaçmaz və Bərdə filialları üzrə)

 

Tələblər:

- Ali iqtisadi təhsil; 
- Mikro kreditlərlə iş sahəsində 2-3 il iş təcrübəsi; 
- Azərbaycan və rus dilində sərbəst danışıq bacarığı; 
- Analitik düşüncə; 
- Әla ünsiyyət qurma və komandada işləmək bacarığı; 
- Bank və ya bank olmayan kredit təşkilatında (kredit mütəxəssisi) işləyən namizədlərə üstünlük verilir.

 

Vəzifə öhdəlikləri:

- Öz bacarıqları daxilində birbaşa rəhbəri tərəfindən qoyulmuş hədəflərə çatmaq; 
- Bütün fəaliyyətini bankın siyasət və prosedurlarına uyğun şəkildə həyata keçirmək; 
- Yeni müştəriləri cəlb etmək üçün aktiv marketinq təbliğatını həyata keçirmək; 
- Müştəriyə bankın kredit məhsullarına dair məsləhət vermək; 
- Kredit ərizələrini qəbul etmək, müştərilərin və zaminlərin (əgər mövcuddursa) biznes təhlilini aparmaq.

 

Maraqlananlar öz CV-sini [email protected] elektron ünvanına göndərə bilərlər. 


 

2.Kiçik və orta biznes kreditləri bölməsi / mütəxəssis/aparıcı mütəxəssis

 

Tələblər:

- Ali iqtisadi təhsil;
- Biznes kreditlərlə iş sahəsində 2-3 il iş təcrübəsi;
- Təhliletmə qabiliyyəti;
- Azərbaycan dilində sərbəst danışıq bacarığı;
- Analitik düşüncə;
- Әla ünsiyyət qurma və komandada işləmək bacarığı;

 

Vəzifə öhdəlikləri:

- Kiçik və orta sahibkarlarlıq fəaliyyəti ilə məşğul olan müştərilərə bankın biznes kredit məhsulunun təklif edilməsi və onların bankla əməkdaşlığa cəlb edilməsi;
- Banka yeni cəlb edilmiş və cari biznes kredit müştərilərin kredit sifarişlərinin qəbul edilməsi;
- Biznes kredit sifarişi üzrə müştərinin biznesinin maliyyə təhlilini aparılması, hesabatların hazırlanması və işin Kredit Komitəsinə təqdim edilməsi; 
- Təsdiqlənmiş biznes kreditlərinin rəsmiləşdirilməsi və  cari portfelin sonrakı monitorinqinin və təqibinin aparılması; 
- Müştəri məmnuniyyətinin təmin edilməsi;
- Bankın işgüzar nüfuzunun qorunması.

 

Maraqlananlar öz CV-sini [email protected] elektron ünvanına göndərə bilərlər. 

 

03.08.2018 14:40

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ