Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Dövlət kreditin faizini 1% aşağı saldı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Dövlət kreditin faizini 1% aşağı saldı

Sahibkarlığın İnkişafı Fondunun kreditlərinin illik faiz dərəcəsi 5%-dək müəyyən edilib.

 

“Marja” xəbər verir ki,  “Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondu”nun vəsaitindən istifadə Qaydası təsdiq edilib.

 

Qaydalarda qeyd edilir ki, Fondun kreditlərinin illik faiz dərəcəsi 1 faiz, müvəkkil kredit təşkilatlarının tətbiq etdikləri illik faiz dərəcəsi isə 4 faizdən artıq olmamaq şərti ilə, ümumilikdə güzəştli kreditlərin illik faiz dərəcəsi 5 faizədək müəyyən edilir.

 

Sahibkarlığa Kömək Milli Fondu ləğv edilərək, İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu publik hüquqi şəxs təsis edilib.

 

Bundan əvvəl, Sahibkarlığa Kömək Milli Fondunun tələbinə görə,müvəkkil kredit təşkilatlarının Fondun kreditlərinə tətbiq etdiyi illik faiz dərəcəsinin ən yüksək həddi kredit məbləğinin 6  faizindən, kütləvi informasiya vasitələrinin inkişafı üzrə layihələrin maliyyələşdirilməsi üzrə isə kredit məbləğinin 4(dörd) faizindən artıq olmamalı idi.

 

1 GÜNƏ KREDİT ALIN!

 

Yeni qaydalara görə, sahibkarlıq subyektlərinə Fondun vəsaitindən aşağıdakı hədlərdə güzəştli kredit verilə bilər: 

 

- 5 000 manatdan 50 000 manatadək – kiçikhəcmli kreditlər;

- 50 001 manatdan 1 000 000 manatadək – ortahəcmli kreditlər;

- 1 000 001 manatdan 10 000 000 manatadək – böyükhəcmli kreditlər.

Hər bir sahibkarlıq subyektinin Fondun vəsaiti hesabına aldığı güzəştli kreditin (o cümlədən bir investisiya layihəsi üzrə) maksimum həddi 10 000 000 manatdan artıq ola bilməz.

 

Fondun güzəştli kreditlərinin müddətləri aşağıdakı kimi müəyyən edilir:

- kiçikhəcmli kreditlər üçün - 3 ilədək;

- ortahəcmli kreditlər üçün - 5 ilədək;

- böyükhəcmli kreditlər üçün - 10 ilədək.

 

Güzəşt müddəti

Kreditlərdən istifadə üzrə güzəşt müddəti, kredit verilmiş hər bir sahibkarlıq subyekti üçün fəaliyyətinin xarakterindən asılı olaraq, nağd pulun hərəkəti barədə məlumat əsasında müəyyən edilir və kreditin istifadə müddətinin ilk 1/2 dövrünü əhatə edə bilər. Güzəşt müddətində sahibkarlıq subyektləri yalnız faiz borclarını ödəyir, əsas borc üzrə isə hər hansı ödəniş həyata keçirmirlər. Müvəkkil kredit təşkilatı sahibkarlıq subyekti üçün müəyyən etdiyi güzəşt müddəti barədə Fonda məlumat verməlidir.

 

Sahibkarlıq subyektləri aldıqları güzəştli kreditlər üzrə faiz borclarını hər ayın son iş gününədək ödəməlidirlər. Əsas borc isə güzəşt müddəti bitdikdən sonra qalan müddət ərzində növbəti aydan etibarən bərabər hissələrə bölünməklə hər ayın son iş gününədək hesablanıb ödənilir.

04.08.2018 05:22

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ