Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

ABŞ-dan Rusiya bankına sanksiya

iç səhifə xəbər başlığı altı (mobil)_31
ABŞ-dan Rusiya bankına sanksiya

ABŞ-ın Xəzinə Nazirliyi, sanksiya siyahısında olan Şimali Koreyanın "Foreign Trade Bankı"nın Moskva nümayəndəsi Xan Jang Suya xidmət göstərdiyinə görə Rusiya bankı "Agrosoyuz Commercial Bank"a sanksiya tətbiq edib.
 
 

ABŞ Xəzinə Nazirliyinin Xarici Aktivlərə Nəzarət Ofisindən (OFAC) verilən məlumata görə, Rusiya bankı "Agrosoyuz Commercial Bank" Şimali Koreya ilə bağlı sanksiya siyahısına əlavə olunub.

 

Adıçəkilən bankın, Şimali Koreyanın "Foreign Trade Bank"ının (FTB) Moskva nümayəndəsi Xan Jang Su adına böyük əməliyyatlar apardığı iddia edilən açıqlamada, FTB və Jang Suyunun Şimali Koreyanın kütləvi qırğın silahlarına dəstək verdiyi və bu səbəbdən də 2006-ci ildən bu yana həm ABŞ-ın, həm də Birləşmiş Millətlər  TəşkilatınınTəhlükəsizlik Şurasının sanksiya siyahılarında yer aldığı vurğulanıb.

 

1 GÜNƏ KREDİT ALIN!

 

Açıqlamada, "Agrosoyuz Commercial Bank"ın, FTB-nin Moskva  Nümayəndəsinin müavini Ri Jong Won-ın adına da müxtəlif hesablar açdığı da qeyd edilib və, Ri Jong Won-un da adı sanksiya siyahısına əlavə olunduğu bildirilib.
 

Rusiya bankının bu günə qədər Şimali Koreya bankları üçün apardığı əməliyyatların milyonlarla dollara çatdığı qeyd edilən açıqlamada, buna misal olaraq 2013-cü ildə Koreya Birləşmiş İnkişaf Bankı adından edilən 5,5 milyon dollarlıq transfer göstərilib.

04.08.2018 06:13

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ