Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Çin 60 milyard dollarlıq ABŞ idxalına fərqli tarif tətbiq edəcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
Çin 60 milyard dollarlıq ABŞ idxalına fərqli tarif tətbiq edəcək
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Çin, ABŞ-ın yeni əlavə gömrük rüsumu təhdidinə, 60 milyard dollarlıq ABŞ idxalına fərqli gömrük tarifi tətbiq edərək cavab verəcək.
 

"Marja" xəbər verir ki, Vaşinqton və Pekin arasında ticarətə dair gərginlik getdikcə yüksəlir.
 

Çin Ticarət Nazirliyi yeni tariflərin 5 faiz, 10 faiz, 20 faiz və 25 faiz səviyyələrində olacağını açıqlayıb.
 

1 GÜNƏ KREDİT ALIN!

 

Tariflərin, ABŞ-ın yeni tariflərin tətbiqinə başlaması ilə tətbiq olunacağı qeyd edilib.
 

ABŞ Prezidenti Donald Tramp, həftənin əvvəlində, 200 milyard dollarlıq Çin idxalına 10% deyil, 25 faiz vergi tətbiq olunacağı təhdidini etmişdi. Həmçinin Tramp, gömrük tarifinin 500 milyard dollarlıq Çin malları üçün həyata keçirməyə hazır olduğunu dilə gətirib.

 

ABŞ-ÇİN TİCARƏT MÜHARİBƏSİ


 
ABŞ ilə Çin arasında ticarət müharibəsi, Tramp-ın 23 Martda idxal polad və alüminiuma müvafiq olaraq 25 faiz və 10 faiz əlavə gömrük vergisi tətbiq etməsi ilə başladı.


Çin, Vaşinqtonun polad və alüminium məhsullarına qarşı əlavə gömrük vergilərinə cavab olaraq aprelin əvvəlində ABŞ qeydiyyatlı 128 məhsula 15 faiz ilə 25 faiz tarif tətbiq etdi.


22 Mart tarixində ABŞ rəhbərliyi, Çinin, amerikalı şirkətlərin texnologiyalarını və əqli mülkiyyətlərini ələ keçirməyə yönəlmiş qanunsuz fəaliyyətləri səbəbilə 50 milyard dəyərindəki mindən artıq Çin məhsuluna iki mərhələli olaraq 25 faiz əlavə gömrük vergisi tətbiq edəcəyini açıqladı.


Pekin rəhbərliyinin, ABŞ-ın yalnız Çini hədəf alan bu həmləsinə reaksiyası gecikmədi. Çin Ticarət Nazirliyi, bu qərara cavab olaraq ABŞ-dan idxal edilən 50 milyard dollar məbləğindəki 659 məhsula 25 faiz gömrük vergisi tətbiq edəcəyini bildirdi.


ABŞ Prezidenti Donald Tramp, 18 İyunda Çinin daha əvvəl açıqladığı tariflərə cavab tədbirlərilə qarşılıq verməsi halında 200 milyard dollar dəyərində məhsula daha 10 faiz gömrük vergisi tətbiq edilməsi tapşırığını verib.

 

ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN


Təqvimlər 6 İyulu göstərdikdə, ABŞ rəhbərliyi, Çindən idxal edilən 34 milyard dollar dəyərindəki 800-dən çox məhsula 25 faiz əlavə gömrük vergisi tətbiq etməyə rəsmən başladı.


Çin rəhbərliyi, Trampın bütün təhdidlərinə baxmayaraq ABŞ-ın idxal məhsullara qarşı tarif artımlarının "anında qüvvəyə mindiyini" bildirdi.


ABŞ-ın indiyə qədər atdığı proteksionist ticarət addımlarına "qisasa qisas" cavabı verən Çin, daha əvvəl 10% olaraq açıqlanan əlavə vergi nisbətinin 25%-ə yüksəldilməsinə necə qarşılıq verəcəyi maraqla gözlənilir.

04.08.2018 06:26

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ