Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

İş adamı Sahib İbrahimov keçmiş nazirə də “atıb” - YENİ DETALLAR

iç səhifə xəbər başlığı altı (mobil)_31
İş adamı Sahib İbrahimov keçmiş nazirə də “atıb” - YENİ DETALLAR
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimovun qardaşı, iş adamı Sahib İbrahimovun həbs edildiyini xəbər vermişdik. Onun ittiham olunduğu Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri üzrə başladılan cinayət işi ilə bağlı yeni detallar məlum olub.

 

Reklam_3_11

S.İbrahimovun zərərçəkmişlərindən biri də sabiq nazirdir. Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin keçmiş rəhbəri Füzuli Ələkbərov “İmprotex Motors” şirkətinin avtosalonları üçün S.İbrahimovdan obyektlər alıb. Həmin qeyri-yaşayış obyektləri yeni yaşayış binalarının birinci mərtəbəsində yerləşib. F.Ələkbərov burada öz şirkəti vasitəsilə ölkəyə gətirdiyi “BMW” markalı avtomobilləri satmağı planlayıb.

 

Lakin bir müddət sonra məlum olub ki, S.İbrahimovun verdiyi sənədlər saxtadır və həmin obyektlər “Sahil-D” şirkətinə məxsusdur.


İstintaqın gedişi zamanı S.İbrahimova qarşı yeni ittiham da irəli sürülüb. Belə ki, o, həm də Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) maddəsi ilə təqsirləndirilir.

 

Qeyd edək ki, “Sahil-D” şirkətinin direkotru Sahil Cahangirli eyni mənzilin bir neçə nəfərə satılmasına görə həbs edilib. Şirkətin həmtəsisçisi və S.Cahangirlinin dayısı İlham Qasımov milyonçu şair Gülağa Tənhaya 19,5 milyon manat “atmaqda” ittiham edilərək 12 il müddətinə azadlıqdan məhrum edilib.

 

İ.Qasımov, həmçinin "MTN işi"ndə general Akif Çovdarovun zərərçəkmişi kimi tanınıb.

 

ONLAYN MÜRACİƏTLƏ 1 İŞ GÜNÜNƏ MANAT KREDİTLƏRİ

 

© “Qafqazinfo”

04.08.2018 09:50

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ