Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

DSMF bu məlumatları təqdim etməyənləri cərimələyəcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
DSMF bu məlumatları təqdim etməyənləri cərimələyəcək

 

Məcburi dövlət sosial sığorta haqqı üzrə fərdi uçot sistemində sığortaolunanlar haqqında məlumatların təqdim olunmamasına görə sığortaedənlərə xəbərdarlıq


 

Ölkədə 2006-cı ildən sığorta-pensiya sisteminin əsası olan fərdi uçot sistemi fəaliyyət göstərməkdədir.

 

“Məcburi dövlət sosial sığorta haqqının toplanması Qaydaları”na uyğun olaraq sığortaedən hər il üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna ödədiyi məcburi dövlət sosial sığorta haqqı məbləğlərini əks etdirən “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat”ları (2006-2016-cı illər üzrə), həmçinin 1 aprel 2017-ci il tarixdən tətbiq olunmuş fərdi uçot əsaslı vahid rüblük hesabatlarını təqdim edərkən ödənilmiş vəsaitin işçiləri arasında konkret adlı siyahı üzrə düzgün bölgüsünü aparmağa da borcludur.

 

“Əmək pensiyaları haqqında” Qanuna uyğun olaraq ödənilmiş və fərdi uçotu aparılmış sosial sığorta haqları əsasında pensiya məbləğləri müəyyənləşdirilir. Lakin Dövlət Sosial Müdafiə Fondu tərəfindən qanunamüvafiq tədbirlərin görülməsinə baxmayaraq bugünədək bəzi sığortaedənlər tərəfindən hesabatlar tam təqdim olunmayıb. Bu səbəbdən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə fərdi şəxsi hesablarda məbləğləri tam əks olunmayan sığortaolunanlar tərəfindən haqlı şikayətlər daxil olur.

 

ONLAYN MÜRACİƏTLƏ 1 İŞ GÜNÜNƏ MANAT KREDİTLƏRİ

 

DSMF bildirir ki, hesabatların vaxtında, düzgün və tam təqdim olunması üçün sığortaedənlər tərəfindən lazımi işlərin həyata keçirilməsi zəruridir.

 

Qeyd olunan nöqsanların qısa müddətdə aradan qaldırılmayacağı təqdirdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 477-ci maddəsinə müvafiq olaraq cərimə tətbiq olunacaqdır. Ətraflı məlumat üçün sığortaedənlər uçotda olduqları Dövlət Sosial Müdafiə Fondunun yerli orqanına müraciət edə bilərlər.

04.08.2018 10:49

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ