Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Ərdoğan: ABŞ-ın iki nazirinə sanksiya tətbiq edəcəyik

iç səhifə xəbər başlığı altı (mobil)_31
Ərdoğan: ABŞ-ın iki nazirinə sanksiya tətbiq edəcəyik
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, rahib Brunson böhranının ardından ABŞ-ın Türkiyənin daxili işlər naziri Süleyman Soylu və ədliyyə naziri Əbdülhəmid Gülün ABŞ-dakı əmlaklarının dondurulması qərarına qarşı cavab verəcəklərini deyib. 

 

Reklam_3_11

Ərdoğan, ABŞ-ın daxili işlər və ədliyyə nazirlərinin Türkiyədəki əmlaklarını donduracaqlarını açıqlayıb.

 

"Amerika nazirlərimizə sanksiya tətbiq etməklə Türkiyəyə qarşı ciddi hörmətsizlik edib" deyən Ərdoğan, ABŞ-ın iki nazirinə qarşı sanksiya tətbiq edərək cavab verəcəklərini bildirib. "Hər zaman qazan-qazan prinsipinin tərəfdarıyıq" - deyən Ərdoğan, diplomatiya kanallarının açıq olduğunu da vurğulayıb. 

 

ONLAYN MÜRACİƏTLƏ 1 İŞ GÜNÜNƏ MANAT KREDİTLƏRİ

 

"Amerikanın, xüsusilə İzmirdəki rahib Brunson ilə bağlı atdığı addım strateji tərəfdaşlığa yaraşmayacaq addımdır. Amerika bu addımla Türkiyəyə qarşı ciddi hörmətsizlik etmişdir. 6 dəfə Amerikaya girib çıxan "Xalq Bank"ımızın Baş direktor müavinini həbs etmək vasitəsilə bizimlə bir mübadiləyə girmək niyyətindədirlər. Səmimi hərəkət etməliyik, strateji tərəfdaşlığın tələblərini yerinə yetirməliyik. Biz xarici siyasətimizi heç bir zaman yalanlar üzərində qurmamışıq, hər zaman dik dayandıq. Bu gün göstərişi verirəm, Amerikanın ədliyyə və daxili işlər nazirlərinin Türkiyədəki əmlakları dondurulsun",- Türkiyə Prezidenti deyib.

 

"BU CÜR TƏZYİQLƏRƏ HEÇ VAXT BOYUN ƏYMƏMİŞİK"


 
"Təkrar edirəm, təhdid dili ilə və sanksiya qərarı ilə geri addım atacağımızı güman edənlər bu ölkəni də, bu milləti də heç tanımamış deməkdir. Bizi Amerika sisteminin incəliklərini bilməməkdə günahlandıranların bu ölkənin tarixindən və millətindən bixəbər olduqları görünür. Bu cür təzyiqlərə heç vaxt boyun əyməmişik",- Ərdoğan deyib.

 

ABŞ, rahib Endryu Brunsonun Türkiyədəki məhkəməsi səbəbindən Türkiyənin daxili işlər naziri Süleyman Soylu və ədliyyə naziri Əbdülhəmid Gülə sanksiya tətbiq etmək qərarı verib.Sanksiyalar çərçivəsində, iki nazirin ABŞ-dakı əmlakları və əmlaklarından əldə edəcəkləri faiz gəlirləri dondurulub və ABŞ vətəndaşlarının nazirlərlə hər hansı bir iş və əməliyyat keçirməsi qadağan olunub.

 

Sanksiya qərarını ilk olaraq Ağ Evin sözçüsü Sarah Sanders açıqlamışdı.
 

Sanders, "ABŞ Prezidentinin göstərişi əsasında ABŞ-ın Xəzinə Nazirliyi, ikisi də Brunsonın həbs olunmasında mühüm rol oynayan daxili işlər və ədliyyə nazirlərinə sanksiya tətbiq edir" açıqlamasını vermişdi.
 

Sanders, "Brunsonın hər hansı bir cinayət törətdiyinə dair bir dəlil olmadığını və onun Türkiyı hökumətinin ədalətsiz həbsinin qurbanı olduğunu" bildirib.

04.08.2018 15:27

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ