Ən yuxarı statik reklam_3

“Unibank”ın səhmdarlarının növbədənkənar yığıncağı çağırıldı

iç səhifə xəbər başlığı altı (mobil)_31
 “Unibank”ın səhmdarlarının növbədənkənar yığıncağı çağırıldı

"Unibank"ın rəhbərliyində dəyişiklik olacaq


 

06 sentyabr 2018-ci il tarixində “Unibank” Kommersiya Bankı” ASC səhmdarların növbədənkənar ümumi yığıncağı keçiriləcəkdir.

 

"Marja"nın əldə etdiyi məlumata görə, yığıncaqda  “Unibank” Kommersiya Bankı” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin üzvlərinin tərkibində dəyişiklik edilməsi nəzərdə tutulmuşdur.

 

Səhmdarlar yığıncağın gündəliyində nəzərdə tutulmuş məsələ üzrə materiallarla Bankın Bakı şəhəri, Rəşid Behbudov küçəsi, 55 ünvanında yerləşən Baş Ofisində, Təşkilati işlər və katiblik şöbəsi ilə əlaqə saxlamaqla tanış ola bilərlər.

 

AYİB ƏN BÖYÜK SƏHMDAR OLUB

 

Xəbər verdiyimiz kimi, DEG - Almaniya İnvestisiya və İnkişaf Təşkilatı Unibank-dakı 25,9884% payını Avropa Yenidənqurma və İnkişaf Bankına (AYİB) sataraq səhmdarlar sırasından çıxmışdır.

 

17 May 2018-ci il tarixində “Unicapital” İnvestisiya Şirkəti ASC tərəfindən rəsmiləşdirilməsi həyata keçirilmiş əqdə əsasən, Milli Depozit Mərkəzi bu səhmlərə mülkiyyət hüququnun ötürülməsini 3 İyul 2018-ci il tarixində qeydə alıb və bunun nəticəsində Avropa Yenidənqurma və İnkişaf Bankı, Bankın Nizamnamə Kapitalındakı payını 18,4865 %-dən 44,4748 %-ə qədər çatdırmaqla, 20 551 010 ədəd səhminin mülkiyyətçisinə çevrilib.

 
2017-ci ilin sonunda Unibank-ın nizamanamə kapitalında fiziki şəxs Eldar Qəribovun payı 41,9091% təşkil etmişdi. Beləliklə, satınalamadan sonra Avropa Yenidənqurma və İnkişaf Bankının payı Eldar Qəribovun payını keçib və Unibank-ın ən böyük səhmdarı olub.

 

1 GÜNƏ KREDİT ALIN!

06.08.2018 07:29

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ