Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

1 trilyon dollarlıq şirkətin inanılmaz süqutu

iç səhifə xəbər başlığı altı (mobil)_31
1 trilyon dollarlıq şirkətin inanılmaz süqutu

Xəbər verdiyimiz kimi, "Apple", bir səhminin qiyməti 205,05 dollara qalxması ilə əlaqədar olaraq 1 trilyon dollarlıq bazar dəyərinə çatıb. Şirkət 2018-in üçüncü rübündə rekord gəlir və mənfəət əldə etdiyini açıqlamışdı. Ancaq Amerikanın texnologiya nəhəngi bu sahədə ilk deyil. Bu rekord bazar dəyərinə bir Çin şirkəti 11 il əvvəl çatmışdı. Ancaq şirkət bu rekordun üzərindən çox keçmədən ağlasığmaz bir şəkildə çökdü.
 
 
"Marja" xəbər verir ki, Çinin nəhəng neft şirkəti "PetroChina" 2017-ci ilin Noyabr ayında Şanxay Birjasında 13 pilləli bir rəqəmlə bazar zirvəsinə çatmışdı. Şirkətin bazar dəyəri düz 1 trilyon dollar idi.
 

Bəziləri o vaxt bu bazar dəyərinə qarşı çıxdılar. "PetroChina"nın səhmlərinin yalnız kiçik bir hissəsi birjada investorlara satılmışdı və Çinli investorlar yalnız öz ölkələrində səhm satın ala bilirdilər. 

Reklam_3_11

 

Ortaya qeyri-adi bir tələb-təklif ssenarisi çıxmışdı.Sadəcə 24 saat ərzində "PetroChina", planetin ən dəyərli şirkətləri "ExxonMobil" və "General Motors"un ümumi sərmayə miqdarını aşdı.
 

10 İLLİK "ƏRİMƏ" 800 MİLYARD DOLLARDIR


 
Amma aylar ərzində "PetroChina"nın səhmləri ucuzlaşmağa başladı və 10 illik müddətdə "ərimə"  800 milyard dollara çatıb. "Bloomberg"ə görə, bu miqdarla İtaliyadakı bütün şirkətləri satın almaq, ya da dünyanın ətrafını 100 dollarlıq əskinaslarla əhatə etmək mümkündür.

 

Son statistikalar  "PetroChina"nın dəyərinin 200 milyard dollardan aşağı olduğunu göstərir.

 

ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN


 
"Apple" baxımından isə bəzi araşdırmalara görə, buna Beynəlxalq Valyuta Fondunun (BVF) hesabatı da daxil, ağıllı telefon satışları yüksək həddə çatıb.


 
 "Apple"ın gəlirlərinin 56%-nin iPhone satışlarından gəldiyi düşünülsə, şirkət üçün gələcəkdə bəzi problemlər çıxa bilər.

06.08.2018 08:45

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ