Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Beynəlxalq kart təşkilatının direktoru Mərkəzi Bankda olub

iç səhifə xəbər başlığı altı (mobil)_31
Beynəlxalq kart təşkilatının direktoru Mərkəzi Bankda olub
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan Mərkəzi Bankı (AMB) sədrinin birinci müavini Alim Quliyevin “Japan Credit Buro (JCB)” beynəlxalq kart təşkilatının Müstəqil Dövlətlər Birliyi üzrə baş direktoru Takaşi Sutsuqu və təşkilatın regional meneceri Oleq Korostlev ilə görüşü keçirilib. 

 

AMB-nin mətbuat xidmətindən “Marja”ya verilən məlumata görə, görüş zamanı “JCB” beynəlxalq kart təşkilatı ilə AMB arasında birgə əməkdaşlıq imkanları, o cümlədən Azərbaycanda kart infrastrukturunun genişləndirilməsi və nağdsız hesablaşmaların artırılması üzrə strateji əməkdaşlıq istiqamətlərinə dair məsələlər müzakirə edilib.

 

A.Quliyev qonaqlara ölkədə yaradılmış Milli Ödəniş Sistemi infrastrukturu, ödəniş kartları bazarının cari vəziyyəti və inkişaf perspektivləri, habelə aparılan islahatlar haqqında məlumat verib.

 

T.Sutsuqu “JCB” təşkilatının 1961-ci ildən fəaliyyətə başladığını bildirib: “Hazırda dünya üzrə “JCB” brendli ödəniş kartlarının ümumi sayı 95 mln.-dan çoxdur. Bu ödəniş kartları dünyanın 21 ölkəsində emissiya edilir və 190 ölkəsində quraşdırılmış 32 mln.-dan çox ödəniş məntəqəsində qəbul edilir”.

 

Görüşdə həmçinin “JCB” beynəlxalq kart təşkilatının Azərbaycanın ödəniş kartları bazarının gələcək inkişafında rolu, ölkənin genişlənən turizm imkanlarının artdığı, beynəlxalq idman tədbirlərinə ev sahibliyi edildiyi bir şəraitdə Azərbaycana səfər edəcək xarici ölkə vətəndaşlarının JCB brendli ödəniş kartlarından istifadə imkanının yaradılması və həmçinin AMB tərəfindən həyata keçirilən islahatların icrasında yaxından iştirak istiqamətləri müzakirə olunub.

09.02.2017 15:55

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ