Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Xəzər Dəniz Gəmiçiliyinin elektron bilet sifarişi xidmətinə maraq artır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Xəzər Dəniz Gəmiçiliyinin elektron bilet sifarişi xidmətinə maraq artır

"“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin elektron bilet sifarişi xidmətinə maraq artır. Belə ki, 2018-ci ilin ilk altı ayında elektron qaydada 73 bilet alınıb, onlardan 10-nu iki tərəfli olub". "Marja" xəbər verir ki, bu, QSC-nin yaydığı məlumatda deyilir.

 

Gediş-gəlişin ən çox müşahidə olunduğu istiqamət Ələt-Aktaudur.

 

Xatırladaq ki, elektron bilet xidməti ölkəmizdən keçən beynəlxalq nəqliyyat marşrutlarına cəlbediciliyin yüksəldilməsi, müasir informasiya-kommunikasiya texnologiyalarından istifadə ilə yük və sərnişin daşımalarında sənədləşmənin sadələşdirilməsi və operativliyin artırılması məqsədilə tətbiq olunur.

 

Xidmətdən istifadə üçün “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin internet saytında onlayn ödəniş üçün müvafiq xanalar doldurulmalıdır.

 

Ro-Ro və bərə gəmiləri ilə müxtəlif tipli avtomobillərin və sərnişinlərin daşınması sifarişini https://public.acsc.az/online/payment/index/az/  internet ünvanına daxil olmaqla sifariş etmək mümkündür.

 

Yükün növü, yüklənmə və gediş limanları, ödəyən şəxs və daşınan nəqliyyat vasitəsi barədə məlumatlar daxil edildikdən sonra biletin qiyməti avtomatik hesablanır. Bu sistem istifadəçi üçün vaxt itkisinin qarşısının alınması baxımından çox əlverişlidir.

06.08.2018 10:18

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ