Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Şəmkir Balıq Zavodu özəlləşdirilir - İLKİN QİYMƏT

iç səhifə xəbər başlığı altı (mobil)_31
Şəmkir Balıq Zavodu özəlləşdirilir - İLKİN QİYMƏT

Əmlak Məsələləri Dövlət Komitəsi sentyabr ayının ilk hərracına ümumilikdə 76 dövlət əmlakı çıxarılıb. Bu əmlakların 17-si səhmdar cəmiyyəti, 32-si kiçik dövlət müəssisəsi, 24-ü qeyri-yaşayış sahəsi, 3-ü isə nəqliyyat vasitəsidir.

 

Reklam_3_11

Özəlləşməyə çıxarılan müxtəlif iqtisadi sahələrə aid səhmdar cəmiyyətləri Şirvan, Bərdə, Tərtər, Kürdəmir və digər bölgələrdə yerləşir. Say və qiymət baxımından fərqli səhm paketlərinin hərraca çıxarıldığı səhmdar cəmiyyətlərinə Tərtər Nəqliyyat, Zaqatala fındıq, Bərdə Kəndkimya kimi dövlət əmlakları aiddir.

 

Kiçik dövlət müəssisələrinin ümumi faydalı sahəsi 30 kv.m ilə 9297 kv.m aralığındadır. Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Əmlak kompleksi torpaq sahəsi ilə birgə özəlləşməyə çıxarılıb. Bu obyektin ümumi faydalı sahəsi 1169 kv.m-dir. Əmlaka sərmayə  yatıraraq müxtəlif sahibkarlıq sahələrində uğur qazanmaq olar. Şəmkir rayonu, Dəllər qəsəbəsində yerləşən Şəmkir Balıq Zavodunun ümumi faydalı sahəsi 341 kv.m-dir. Özəlləşdirilməsi üçün ilkin qiymət 45 min 250 manat təyin olunan obyektin  fəaliyyətinin bərpası  investora yeyinti sənayəsi üzrə yüksək gəlir qazandıracaq.

 

ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN

 

Ümumi faydalı sahəsi 10 kv.m və 190 kv.m intervalında olan qeyri-yaşayış sahələrinin 21-i paytaxtda, 3-ü isə Sabirabad, Gəncə və Samux rayonlarında yerləşir. Az investisiya qoymaqla gəlir əldə etmək istəyənlər üçün fərqli ərazilərdə yerləşən dövlət əmlakları da hərraca çıxarılıb. Onlardan biri də Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşir. Ümumi faydalı sahəsi 10 kv.m, ilkin hərrac qiyməti 1250 manat olan bu qeyri-yaşayış sahəsi kiçik xidmət sahəsi üçün uğurlu seçimdir.

 

Hərraca çıxarılan Nissan və Vaz markalı nəqliyyat vasitələrinin buraxılış tarixləri 2004-2007 illəri əhatə edir. Avtomobil almaq arzusunda olan vətəndaş uyğun qiymət təyin olunmuş nəqliyyat vasitələri arasından seçim edərək sifarişçiyə çevrilə bilər.

 

Qeyd edək ki, hərraclarda iştirak etmək istəyən vətəndaşlar əmlakların siyahısı ilə aşağıdakı linkə daxil olmaqla  tanış ola bilər: 

 

http://www.privatization.az/index.php/az/sas-s-hif/2016-05-24-10-18-36/kidzhik-doevlaet-muaessisae-vae-obyektlaeri

 

Əmlak Məsələləri Dövlət Komitəsi hər kəsi canlı və onlayn formada iştirak etməyə və ya prosesi ziyarətçi kimi izləməyə dəvət edir.

06.08.2018 10:31

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ