Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Azərbaycanla Rusiya arasında dövlət sərhədinin demarkasiyası üzrə Dövlət Komissiyasının tərkibi dəyişilib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanla Rusiya arasında dövlət sərhədinin demarkasiyası üzrə Dövlət Komissiyasının tərkibi dəyişilib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Prezident İlham Əliyev “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dövlət sərhədinin demarkasiyası üzrə Dövlət Komissiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyun tarixli 965 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

 

Reklam_3_11

Sərəncamda qeyd olunur ki, Dövlət Komissiyasının tərkibi aşağıdakı redaksiyada verilsin:

 

“Komissiyanın sədri

 

Xələf Xələfov - Azərbaycan Respublikası xarici işlər nazirinin müavini

Komissiya sədrinin müavini

Fərhad Tağı-zadə - Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin müavini

Komissiyanın üzvləri:

Rauf Hacıyev - Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini

Oruc Zalov - Azərbaycan Respublikası daxili işlər nazirinin müavini

İsmayıl Bağırov - Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini

Elbrus Orucov - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Qərargah rəisinin müavini - Əməliyyat Baş İdarəsinin rəisi

Məmməd Sadıq Quliyev - Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti sədrinin birinci müavini

Elxan Usubov - Şəki Şəhər İcra Hakimiyyətinin başçısı

İslam Rzayev - Balakən Rayon İcra Hakimiyyətinin başçısı

Şəmsəddin Xanbabayev - Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı

Musa Şəkiliyev - Qax Rayon İcra Hakimiyyətinin başçısı

Səbuhi Abdullayev - Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı

Şair Alxasov - Qusar Rayon İcra Hakimiyyətinin başçısı

Eyvaz Qurbanov - Oğuz Rayon İcra Hakimiyyətinin başçısı

Mübariz Əhmədzadə - Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı

Elçin Nəsibov - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qanunvericilik baş idarəsinin inzibati və hərbi normativ aktlar idarəsinin rəisi

Azad Nağıyev - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Aparatının torpaq münasibətlərinin tənzimlənməsi, torpaqların monitorinqi və geodeziya şöbəsinin müdiri”.

Nazirlər Kabinetinə tapşırılır ki, bu sərəncamdan irəli gələn məsələləri həll etsin.

Xarici İşlər Nazirliyi sərəncama edilən dəyişikliklər barədə Rusiya tərəfinə bildiriş göndərməlidir.

09.02.2017 16:23

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ