Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Rabitəbank-ın Şamaxı filialı yeni ünvanda!

iç səhifə xəbər başlığı altı (mobil)_31
Rabitəbank-ın Şamaxı filialı yeni ünvanda!
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

2006-cı ildən bugünə qədər, yəni düz 12 ildir xidmət göstərən və bu illər ərzində Rabitəbank olaraq regionun iqtisadiyyatına 20 milyon manatdan çox investisiyaların qoyulduğu Şamaxı filialı yeni ünvana – Şamaxı şəhəri, N.Nərimanov 66 ünvanına köçüb.

 

Reklam_3_11

3 Avqust 2018-ci il tarixində yeni ünvandakı filialın açılışı baş tutmuşdur.

 

Açılışda başda Rabitəbankın İdarə Heyətinin sədri Elçin Qədimov olmaqla bank rəhbərliyindən bir sıra şəxslərlə yanaşı həm də Şamaxı şəhər İcra hakiminin müavini və şəhər rəhbərliyindən digər nümayəndələr iştirak etmişdir.

 

Ümumi kredit satış həcminin 20 milyon manata yaxın olduğu filialda təkcə biznes müştərilərinin sayı 50-dən çox hüquqi şəxs, 200-dən artıq fərdi sahibkar olmaqla 250-ni keçmişdir.

 

Mikro biznes kreditləri ilə yanaşı Orta və Kiçik Sahibkarlığa ayrılan kreditlər, habelə nağd pul və Lombard kreditləri, kartlar üzrə ayrılan kreditlər, əhalinin sərfəli şərtlərlə yerləşdirdiyi depozitlər və digər məhsullar bunu qeyd etməyə imkan verir ki, Şamaxı perspektivli bir region olaraq Rabitəbank üçün çox əhəmiyyətlidir və bank burada öz xidmətlərini genişləndirməkdə maraqlıdır.

 

Açılış zamanı Rabitəbank İdarə Heyətinin sədri Elçin Qədimov öz çıxışında qeyd edib ki, müştərilərə daha rahat, əlçatan məkanda və keyfiyyətli xidmət göstərmək Rabitəbankın hər zaman əsas hədəfləri sırasında olub. Elə bu səbəbdən Şamaxı filialı şəhərin ən mərkəzi küçələrindən birinə köçürülüb və bu yeni ünvan şəhərin infrastruktur baxımından ən əlverişli nöqtələrindən birində, nəqliyyat qovşağının üzərində yerləşir. Yeni ünvanın həm də çəkilişi davam edən Şamaxı-Lahıc magistralının üzərində yerləşməsini və bu magistral yolun regionun turizm potensialına qatacağı dəyəri də nəzərə alsaq, əminliklə demək olar ki, Rabitəbank da bu inkişafa öz töhfəsini verəcək. İstər artacaq turist axınına, istərsə də yerli əhaliyə yüksək səviyyədə bank xidmətlərinin verilməsinin bank üçün əsas prioritet olaraq qalacağını xüsusi olaraq qeyd edən sədr iştirak edənlərə təşəkkür edib və hər kəsi təbrik edib.

 

Açılış tədbirindən bəzi fotoları təqdim edirik:

06.08.2018 14:17

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ