Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

21 bankın qeyri-faiz xərcləri artıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
21 bankın qeyri-faiz xərcləri artıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"Azərbaycan Beynəlxalq Bankı" (ABB) istisna olmaqla ölkədə fəaliyyət göstərən 29 bankdan 21-nin bu ilin yanvar-iyun aylarındakı qeyri-faiz xərcləri ötən ilin eyni dövrünə nisbətən çox olub. 

 

Reklam_3_11

Bunlar "Bank of Baku", "Günay Bank", "AFB Bank", "Rabitəbank", "Bank Silk Vey", "Muğan Bank", "Unibank", "Bank Respublika", "Ziraat Bank Azərbaycan", "Atabank", "Express Bank", "Azərbaycan Sənaye Bankı",  "Xalq Bank", "Naxçıvan Bank", "NBC Bank", "Bank Avrasiya", "AGBank", "Nikoyl Bank", "PAŞA Bank", "Kapital Bank" və "Azər-Türk Bank"dır. Ən yüksək dinamika "Bank of Baku"da (3,3 dəfə), ən aşağı dinamika isə "Azər-Türk Bank"da (0,7%) qeydə alınıb.

 

8 bankın - "Bank VTB Azərbaycan", "Amrah Bank", İran Milli Bankının Bakı filialı, "Yapı Kredi Bank Azəbaycan", Pakistan Milli Bankının Bakı filialı, "Access Bank", "Turan Bank" və "Bank BTB"nin isə qeyri-faiz xərcləri azalıb. Ən çox azalma "Bank BTB"də (20,2%), ən az azalma isə "Bank VTB Azərbaycan"da (1,8%) qeydə alınıb.

 

ABB qeyri-faiz xərclərinin dinamikasını açıqlamayıb.

 

6 BANKIN QEYRİ-FAİZ XƏRCLƏRİ 20 MİLYON MANATDAN ÇOXDUR

 

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 6-nın qeyri-faiz xərcləri 20 milyon manatdan çox olub.

 

Bunlar "Kapital Bank" (75,441 milyon manat), "Azərbaycan Beynəlxalq Bankı" (54,902 milyon manat), "PAŞA Bank" (38,256 milyon manat), "Bank of Baku" (37,744 milyon manat), "Access Bank" (29,282 milyon manat) və "Unibank"dır (28,343 milyon manat).

 

Qalan 24 bankdan 11-də qeyri-faiz xərcləri 10-20 milyon manat arasında, 11 bankda 1-10 milyon manat arasında, 2 bankda 1 milyon manatdan azdır. Bunlar Pakistan Milli Bankının Bakı filialı (409 min manat) və İran Milli Bankının Bakı filialıdır (724 min manat).

 

ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN

 

© "Renkinq" 

07.08.2018 06:19

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ