Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

"AAA" reytinqli ölkələrin sayı 14 ilin ən aşağı səviyyəsində

iç səhifə xəbər başlığı altı (mobil)_31
 "AAA" reytinqli ölkələrin sayı 14 ilin ən aşağı səviyyəsində
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"Fitch Ratings" kredit reytinqi agentliyindən "AAA" səviyyəsində kredit reytinqi almış ölkələrin sayı 2003-cü ildən bu yana ən aşağı səviyyəyə düşüb. "Marja" xəbər verir ki, agentlik, bu vəziyyətin gələcək iki il ərzində dəyişməsini gözləmir.

 

Reklam_3_11

Fitch Ratings-ə görə 2004 və 2009-cu illər arasında "AAA" reytinqinə malik ölkələrin sayı 16 ikən, bu sayın 11-ə geriləmiş olması, qlobal maliyyə böhranının uzunmüddətli təsirini əks etdirir.

 

"AAA" reytinqinə sahib ölkələrin istiqrazları, qlobal istiqraz bazarının 40%-ni təşkil edir; bu nisbət 10 il əvvəl   48% idi.

 

Fitch-ə görə "AAA" reytinqinə sahib bütün ölkələr "sabit" proqnoza malikdirlər və bu gələcək 12 ilə 24 ay arasında reytinq endirimi gözlənilmədiyinə işarə edir. Bununla bərabər, "AA+" reytinqinə malik heç bir ölkənin proqnozu "müsbət" deyil və bu da eyni dövrdə reytinq artırılmasının ehtimal daxilində olmadığını göstərir.

 

Yaponiya, 1998-ci ildə "AAA" reytinqini itirən ilk ölkə oldu. Ardından altı ölkə "AAA" reytinqini itirib: Avstriya (AA+/Sabit), Finlandiya (AA+/Sabit), Fransa (AA/Sabit), İrlandiya (S/Sabit), İspaniya (BBB+/Sabit), İngiltərə (AA/Negatif).

 

Son on il ərzində "AAA" reytinqinə yüksələn tək ölkə - 2011-ci ilin Noyabr  ayında Avstraliya olub. Heç bir əvvəlki "AAA" ölkəsi təkrar "AAA" statusunu geri qazanmayıb.  

 

Fitch-ə görə "AAA" statusundakı ölkələr Avstraliya, Kanada, Danimarka, Almaniya, Lüksemburq, Hollandiya, Norveç, Singapur, İsveç, İsveçrə və ABŞ-dır.

10.02.2017 04:32

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ