Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Azərbaycandakı bankın sahibi analitik proqnozları artıqlaması ilə təmin edib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycandakı bankın sahibi analitik proqnozları artıqlaması ilə təmin edib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"Yapı Kredi Bank Azərbaycan"ın sahibi olan İtaliyanın "UniCredit" bankının 2018-ci ilin ikinci rübündə xalis mənfəəti orta analitik proqnozları üstələyib. 

 

"Marja"nın məlumatına gərə, "UniCredit" tərəfindən Çərşənbə axşamı günü verilən məlumata görə, bankın xalis mənfəəti, ilin ikinci rübündə 1 milyard avro təşkil edib və 930.6 milyon avroluq proqnozu üstələyib. "Bloomberg"in  sorğusuna qatılmış ekspertlərin proqnozları 830.0 milyon avro ilə 1 milyard avro arasında dəyişirdi.

 

Bankın ikinci rübdə gəlirləri 4.95 milyard avro səviyyəsində olub və 4.92 milyard avroluq  təxmini ödəyib.
 

1 GÜNƏ KREDİT ALIN!

 

Ehtimal olunan kredit itkiləri üçün ayrılan ehtiyatlar eyni dövrdə 504 milyon avro təşkil etməklə 709.4 milyon avroluq proqnozdan aşağı olub.
 

Bankın xalis faiz gəliri ilin ikinci rübündə 2.68 milyard dollar olub. Proqnozlar 2.64 milyard avro səviyyəsində reallaşacağı istiqamətində idi.

 

Qeyd edək ki, "UniCredit SpA" dolayı yolla "Yapı Kredi Bank Azərbaycan"ın səhmdarıdır. Belə ki, "Yapı Kredi Bank Azərbaycan", Türkiyənin "Yapı Kredi" bankının törəməsidir. "Yapı Kredi"nin ana səhmdarları "UniCredit" (İtalya) və "Koç Holding"dir (Türkiyə).

07.08.2018 07:49

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ