Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Nazirlər Kabineti: Bakıdan kənarda yerləşdirilməlidir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Nazirlər Kabineti: Bakıdan kənarda yerləşdirilməlidir

 

Nazirlər Kabineti metallurgiya sənayesi obyektlərinin şəhərlərdən, xüsusən Bakıdan kənarda, sənaye zonasında yerləşdirilməsini təklif edib. Bu, Nazirlər Kabinetinin təsdiq etdiyi “Təhlükə  potensiallı təbiət və  texnogen xarakterli hadisələrin başvermə ehtimalının yüksək  olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi halları”nda əksini tapıb.

Reklam_3_11

 

Sənəddə qeyd edilir ki, metallurgiya sənayesi müəssisələrinin ərazisi kifayət qədər geniş sahəni əhatə edir. Müəssisə daxilində yanğının baş verə biləcəyi sahəyə yanğınsöndürmə bölmələrinin hansı vaxtda çatması giriş yollarının sayı və vəziyyətindən asılıdır. Sexlərin böyük sahələrə malik olmasını nəzərə alsaq, yanğın avtomobillərinin sexlərin daxilinə girişini təmin etmək məqsədəuyğun olar. Bir sıra metallurgiya sənayesi müəssisələrində texniki təhlükəsizlik və yanğın təhlükəsizliyi qaydalarına əməl olunmaması, fəaliyyətdə olan və yeni tikilmiş metallurgiya sex və sahələrində müasir tipli qaz-toz tutucu qurğuların tətbiq edilməməsi və ya onların effektiv işləməməsi, müəssisələrdə işə yeni qəbul olunan mühəndis-texniki və metallurgiya avadanlıqlarının istismarı ilə bağlı peşələrə cəlb edilmiş işçilərin metallurgiya sənayesində kifayət qədər təcrübə və biliklərə malik olmaması bu sahədə qəza və bədbəxt hadisələrin baş verməsinə səbəb ola bilər. Metallurgiya sənayesi müəssisələrinin metaləritmə, digər sex və sahələrinin yükdaşıyıcı fermaları istehsalat prosesi ilə əlaqədar olaraq daim istiliyin təsirinə məruz qalır ki, bunun nəticəsində də həmin fermaların metal konstruksiyalarının deformasiyaya uğrama, qaynaq hissələrində çatların əmələ gəlmə ehtimalı var. Bunun nəticəsində də sexlərin tavan hissələrinin dağılması ilə insan həyatı üçün təhlükə yaradan qəzalar baş verə bilər. Belə qəzaların qarşısının alınması məqsədilə adları yuxarıda göstərilən müəssisələrin yükdaşıyıcı fermalarında defektoskopik yoxlamaların keçirilməsi labüddür.

 

Bundan başqa, metallurgiya sənayesi müəssisələrində toz və tüstünün, vibrasiya və səs-küyün, ultra və infrasəslənmənin, yanğın və partlayış təhlükəsinin həddən artıq olmasını nəzərə alsaq, belə müəssisələrin Bakı şəhəri ərazisində yerləşməsi müəssisələrlə yanaşı, ətraf mühitə və orada yaşayan əhaliyə də mənfi təsir edir. Radioaktiv mənbələrin nəzarətsiz qalması onların müxtəlif tullantılara, o cümlədən tikinti materiallarının istehsalı üçün yığılan metal tullantılarına qarışması ilə nəticələnə bilər.

 

Bununla yanaşı, neft istehsalı prosesində istifadə olunmuş metal borular və digər metal konstruksiyalar lay suyu ilə təmasda olması nəticəsində təbii radionuklidlərlə zəngin olan ərp və çöküntülərlə çirklənə bilər. Beləliklə, təkrar emal üçün yığılan metal tullantıların içində radioaktiv mənbələri və radioaktiv çirklənməni aşkar etmək üçün onların toplanma məntəqələrində radiasiyanı aşkar edən avadanlığın quraşdırılması və müvafiq xidmətin yaradılması tələb olunur. Yuxarıda göstərilənləri nəzərə alaraq belə müəssisələrin şəhərdən kənarda, sənaye zonasında yerləşdirilməsi daha məqsədəuyğundur.

10.02.2017 04:56

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ