220 nəfərlik yeni sanatoriya tikilir

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) xətti ilə Naftalan şəhərində 200-220 nəfərlik yeni sanatoriya tikilir.

 

AHİK-dən verilən məlumata görə, bunu Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev AHİK-in sanatoriya-kurort müəssisələrində müalicə olunan vətəndaşlarla görüşündə deyib.

 

1 GÜNƏ KREDİT ALIN!

 

O, qeyd edib ki, Prezident İlham Əliyevin tapşırığı ilə kurortların inkişafına dair dövlət proqramı hazırlanıb: "Dövlət Proqramı ilə əlaqədar AHİK sanatoriyaların tikintisi və təmiri işlərini aparır. Bu gün sanatoriya və istirahət mərkəzlərinin 85 faizi konfederasiyanın balansındadır".

 

Sanatoriyaların əksəriyyətinin 1988-ci ildən başlayaraq yararsız vəziyyətə düşdüyünü deyən S.Möhbalıyev vurğulayıb ki, onların bəzilərində qaçqın və məcburi köçkünlər məskunlaşıb: "Əksər sanatoriya və istirahət mərkəzlərində təmir-tikinti işi aparılıb, bəziləri isə tamamilə yenilənib. Sanatoriyalar bütün zəruri avadanlıqlarla, o cümlədə müasir tibbi avadanlıqlarla, idman qurğuları ilə, istirahət guşələri ilə tam təchiz edilib".

 

Müalicə sanatoriyalarındakı və istirahət mərkəzlərindəki qiymətlərə gəlincə isə AHİK sədri bildirib ki, orta qiymət 600 manatdır. Qiymət artımı edilməməsinin səbəbini S.Möhbalıyev istirahət edənlərin sayında azalma riskinin ola biləcəyi ilə izah edib. O, həmçinin 20 mindən çox şəhid ailəsinə, Qarabağ müharibəsi əlilinə və aztəminatlı insanlara AHİK tərəfindən yardım göstərildiyini deyib.

7 Avqust 2018 , 12:12   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin