Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Sökülən evlərə görə verilən kompensasiyanın məbləği açıqlandı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Sökülən evlərə görə verilən kompensasiyanın məbləği açıqlandı

"Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyi (AAYDA) paytaxtın Yasamal rayonunda yeni yolun çəkilməsi ilə bağlı görülən işlərlə əlaqədar məlumat yayıb.

 

Reklam_3_11

Qurumun mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli  açıqlamasında bildirib ki, yeni yolla bağlı artıq 75 evin söküntüsünə başlanılıb:

 

"Buna səbəb ərazidə 4 zolaqdan ibarət, müasir tələblərə cavab verən yolun çəkilməsidir. Yeni yol Şərifzadə küçəsi ilə Bakı xarici dairəvi yolu birləşdirəcək. Artıq plana düşən evlərin sakinlərinə kompensasiya verilib. Mənzillərin sahibləri evlərindən çıxarılıb və söküntüyə başlanılıb".

 

 AŞAĞI FAİZLƏ 1 GÜNƏ KREDİT VERİLİR

 

A.Nəcəfli bildirib ki, yeni yol Yasamal bazarının yaxınlığından, yəni "ASAN xidmət"in kənarı ilə çəkilir: "Ümumi uzunluğu 1310 metr olacaq yolun hər iki tərəfində piyadaların rahat hərəkəti üçün səkilər salınacaq, müasir işıqlandırma sistemləri qurulacaq".

 

Qurum rəsmisi ərazidə sökülən evlərə görə həmin mənzillərdə yaşayan ailələrə veriləcək kompensasiya barədə də danışıb: "Kompensasiya mənzilin yerləşdiyi əraziyə görə ödənilir. Mənzilin hər kvadratına görə, ailələrə 1200 manata qədər kompensasiya ödənilir. Ərazidə müxtəlif təyinatlı obyektlər yerləşir. Köçürülən ev və obyektlərin qanuni və qanunsuz olmasına baxmayaraq ev və obyekt sahiblərinə kompensasiyalar veriləcək. Artıq bəzilərinə kompensasiya verilir. Söküntüyə düşən hər daşınmaz əmlaka görə kompensasiya ödənilir".

07.08.2018 10:23

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ