Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Trump: 2-3 həftə ərzində vergi baxımından əhəmiyyətli açıqlama verəcəyik

iç səhifə xəbər başlığı altı (mobil)_31
Trump: 2-3 həftə ərzində vergi baxımından əhəmiyyətli açıqlama verəcəyik
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

ABŞ Prezidenti Donald Trump, bir neçə həftə ərzində vergi islahatı mövzusunda əhəmiyyətli bir açıqlama edəcəyini bildirib.

 

Reklam_3_11

"Marja" xəbər verir ki, Amerikanın iş dünyası ilə görüşlərini davam etdirən Trump,dünən Ağ Evdə hava yolu şirkətlərinin rəhbərləri ilə görüşüb.

 

Trump yığıncaqda, ABŞ şirkətlərini rahatlaşdıracaq addımları atmağa qərarlı olduqlarını ifadə edərək, bunları qeyd edib:

 

"Şirkətlərin ümumi vergi yükünü azaltmaq üçün işlər gedir. Qarşıdakı iki və ya üç həftə ərzində vergi baxımından fövqəladə bir şey açıqlayacağıq".

 

ABŞ birjaları rekord vurdu, dollar yüksəldi

 

Trump-ın vergi islahatı haqqındakı açıqlaması, Nyu York Birjasında icra olunan səhmlərə müsbət əks olunub.

 

Standart and Poor's 500 və Nasdaq Texnologiya indeksləri 0,7% artımla bütün zamanların ən yüksək səviyyəsinə çıxıb. Bənzər şəkildə, Dow Jones İndeksi 150 bənd artımla 20.200 bəndini aşaraq rekord qırıb.

 

Trump-ın açıqlamasının ardından dollar rəqibləri qarşısında bahalaşıb, günə 1,07-in üzərində başlayan avro/dollar məzənnəsi 1,0656 səviyyələrinə geriləyib. Beynəlxalq bazarlarda, dollar, Yapon yeninə qarşı 1%-dən çox dəyər qazanıb.

 

Bir neçə gündür yüksəliş meylində olan qızıl qiymətləri açıqlamadan sonra 0,6 düşərək  1230 dollara qədər geriləyib.

10.02.2017 05:33

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ