Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

"Azercell" daha bir bölgədə eksklüziv mağaza açdı

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Azercell" daha bir bölgədə eksklüziv mağaza açdı

 

Üstəlik, Hədiyyəli kampaniya müştəriləri orada gözləyir!

 

Fəaliyyətində müştəri məmnuniyyətinə böyük önəm verən və 4,5 milyonluq abunəçi ailəsinə daha keyfiyyətli xidmət təqdim etmək üçün “Azercell Telekom” MMC Bakıda və bölgələrdə eksklüziv mağazalarının sayını artırmaqdadır.

 

Bu dəfə Bərdə və ona yaxın regionlarda yaşayan Azercell-lilər şirkətin yeni konsepsiyalı mağazasından yararlana biləcəklər. Belə ki, avqustun 7-dən etibarən Bərdə şəhəri İsmət Qayıbov küçəsi 8 ünvanında açılan yeni konsepsiyalı ofis abunəçilərin ixtiyarına verilib.

 

Bərdə Ekslüziv mağasasının açılışı ilə əlaqədar 7-13 avqust tarixlərində həmin mağazadan yeni Smartfon alan hər bir müştəri Azercell nömrəsinin balansına danışıq və internet istifadəsi üçün 150 AZN hədiyyə qazanacaq. Tələsin! Hədiyyəli Smartfonların sayı məhduddur!

 

Bundan əlavə yeni mağaza abunəçilərin rahatlığını təmin etmək, yüksək standartlara uyğun xidmət göstərmək üçün bütün şərait və ən müasir avadanlıqlarla təmin olunub. Mağazada abunəçilər peşəkar satış mütəxəssislərinin yardımı ilə istədiyi məhsulu tədqiq və müqayisə edə, sınaqdan keçirə bilərlər. Yeni konsepsiyalı mağazaların daha bir üstünlüyü şirkətin müştəri xidmətləri mərkəzlərində təqdim olunan bir çox əməliyyatların burada icra olunmasıdır. Burada abunəçilər gündəlik istifadələri üçün bir sıra yeni cihazlar (MiFi, USB modem və s.), müxtəlif aksessuarlar əldə edə, mobil telefonları kredit və nağd şəkildə ala bilərlər. Azercell-lilər həftənin bütün günləri fasiləsiz olaraq səhər saat 9:00-dan axşam 19:00-a qədər mağazaya müraciət edə bilərlər.

 

Qeyd edək ki, Azercell-in Eksklüziv mağazaları Bakı (Tbilisi prospekti, 44C, Bülbül pr., 5, Qara Qarayev prospekti, ev 30\42, mənzil 52), Xırdalan (Heydər Əliyev pr. Mehdi Hüseyin küç. 54), Mərdəkan (Mərdəkan qəs., S.Yesenin küç., 92/2, m.30), Xaçmaz (Nəriman Nərimanov küç., 40), Salyan şəhəri (Heydər Əliyev küç., 105), Quba (Heydər Əliyev prospekti, 194 və Qələbə küçəsi, 12) , Sumqayıtda (11-ci Mk-rn, Koroğlu və Üzeyir Hacıbəyov küçələrinin kəsişməsi) və Şamaxıda ( Ağamirzəli Əhmədov küçəsi 1) abunəçilərin ixtiyarına verilib.

07.08.2018 13:02

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ