Notların yerləşdirilməsi üzrə hərrac keçiriləcək - MƏBLƏĞ
Azərbaycan Respublikasının Mərkəzi Bankının Qısamüddətli Notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir
8 avqust 2018-ci il tarixində Bakı Fond Birjasında (BFB) Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir. Hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaqdır. Notların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilmişdir:
Dövlət qeydiyyat №-si | 50100970S |
Hərraca çıxarılan həcm | 300 000 000 AZN |
Notun nominal dəyəri | 100 АZN |
Notların tədavül müddəti | 28 gün |
Ödəmə tarixi | 05.09.2018 |
Hər bir bank tərəfindən təqdim edilən sifarişlərin ümumi sayı 2-dən (1 rəqabətli və 1 qeyri-rəqabətli) artıq olmamalıdır.
Hərrac zamanı, Notların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qeyri-rəqabətli sifarişlərin qəbul edilməsinə icazə verilir.
AMB qısa müddətli notlarının alıcıları yalnız lisenziya əsasında fəaliyyət göstərən yerli banklar ola bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 38 d. əvvəl
-
50 d. əvvəl
1-ci rübdə bank sektorunda 311,5 milyon manat xalis mənfəət formalaşıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
"Biz ölkənin ən böyük müştəri bazasına malik bankıyıq" - MÜSAHİBƏ
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Prezidentlər dağıdılmış yerlərə baxıb, Baş planlar ilə tanış olublar
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl