Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Mercedes İran ilə əməliyyatlarını dayandırdığını açıqladı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Mercedes İran ilə əməliyyatlarını dayandırdığını açıqladı

Mercedes-in ana şirkəti olan Daimler, ABŞ-ın iqtisadi sanksiyaları səbəbindən İran ilə olan bütün əməliyyatlarını ikinci bir əmrə qədər tamamilə dayandırdığını açıqlayıb. Mercedes, İran ilə məhdud səviyyədə əməliyyat aparırdı.
 

"Marja" xəbər verir ki, Mercedes tərəfindən verilən açıqlamanın Donald Trampın "İran ilə iş görən ABŞ ilə iş görə bilməz" açıqlamasından sonra gəlməsi diqqəti çəkir..
 

Daimler yerli şirkətlərlə olan tərəfdaşlığını dayandırıb.


 
Almaniya şirkəti, 2016-cı ildə İrandakı tərəfdaşları ilə Mercedes yük maşını istehsal edəcəyini və Fuso avtomobillərinin satışını həyata keçirəcəyini bildirmişdi.

 
ONLAYN MÜRACİƏTLƏ 1 İŞ GÜNÜNƏ MANAT KREDİTLƏRİ

 

Trampın noyabr ayından etibarən sanksiyaların növbəti mərhələyə keçərək sərtləşəcəyini qeyd etməsinin ardından şirkətdən bildiriblər ki, "Mercedes-Benz yük maşınlarının istehsal və satışını davam etdirmirik. Mercedes markalı minik avtomobillərin də satışı yenidən başlamayacaq".
 

Daimler, İranda avtomobil bazarının gözləniləndən çox zəif inkişaf etdiyini də vurğulayıb. Şirkət rəhbərliyi, başda nüvə müqavilənin gələcəyi olmaqla siyasi prosesləri yaxından təqib edəcəyini söyləyib.

07.08.2018 14:05

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ