Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

SOCAR-AQŞ "Qərbi Abşeron"da növbəti quyuda qazma işlərinə başalyıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
SOCAR-AQŞ "Qərbi Abşeron"da növbəti quyuda qazma işlərinə başalyıb

SOCAR AQŞ "Qərbi Abşeron" yatağında 63 saylı quyunun tikintisi işlərinə start verib. 10 saylı stasionar dəniz özülündən layihə dərinliyi 724 m olan 63 saylı quyuda qazma işlərinə başlayıb.

 

Reklam_3_11

Şirkətin yaydığı məlumata görə, 63 saylı quyunun Qırmaki Dəsti-3 (QD-3) horizontuna qazılması planlaşdırılır.

 

"Əminik ki, dəyərlərinə daim sadiq qalan SOCAR-AQŞ həmişə olduğu kimi bu və növbəti quyuları da Sağlamlıq, Texniki Təhlükəsizlik və Ətraf Mühitin Mühafizəsi (STTƏMM) tələblərinə uyğun, heç bir mürəkkəbləşməyə yol vermədən, nəzərdə tutulan vaxtdan tez və iqtisadi səmərəli şəkildə tikərək sifarişçiyə təhvil verəcəkdir".

 

Sifarişçi SOCAR-ın “Azneft” İstehsalat Birliyidir.


SOCAR AQŞ MMC inteqrə olunmuş qazma və quyu xidmətləri göstərən birgə müəssisə kimi SOCAR və Abşeron Qazma Şirkəti tərəfindən 2007-ci ildə təsis edilmişdir. Müəssisənin əsas fəaliyyəti quyuların layihələndirilməsi və planlaşdırılması, neft və qaz quyularının qazılması, maili istiqamətləndirilmiş quyuların qazılması, horizontal quyuların qazılması, quyuların mənimsənilməsi, quyuların əsaslı təmiri, yan lülələrin qazılması və çoxşaxəli quyuların qazılması ilə bağlı iş və xidmətlərin təqdim edilməsindən ibarətdir.

 

Hal-hazırda SOCAR-AQŞ dayaz sulu "Günəşli" yatağında yerləşən 7 və 11 saylı, "Qərbi Abşeron" yatağının 10 saylı, "Ümid" yatağının 1 saylı və "Bulla" yatağında 6 saylı Dəniz Stasionar Özüllərində (DSÖ) qazma işləri aparır.
 

SOCAR AQŞ-nin səhmdarları SOCAR və Nobel Oil Services şirkətləridir.

08.08.2018 06:24

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ