Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Bağlanmış bankların yeni əmlakları satışa çıxarıldı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bağlanmış bankların yeni əmlakları satışa çıxarıldı

Əmanətlərin Sığortalanması Fondu Azərbaycan Respublikası Xammal və Əmtəə Birjası vasitəsilə ləğv prosesində olan QSC “Bank Standard” KB, “Texnikabank” ASC, “Atrabank” ASC, “Kredobank” ASC, “Bank of Azərbaycan” ASC, “Royalbank” ASC-nin balansındakı daşınar və daşınmaz əmlakı 29 lot üzrə satışa çıxarır.

 

Əmanətlərin Sığortalanması Fondundan "Marja"ya verilən məlumata görə, 20 lot üzrə əmlak birinci dəfə, 9 lot üzrə dördüncü dəfə hərraca çıxarılır.

 

03 sentyabr 2018-ci il tarixində keçiriləcək hərraca 8 ədəd bankomat, 2 ədəd generator, 9 ədəd inkasator maşını, Bakıda 1 ədəd qeyri-yaşayış sahəsi, 1 ədəd minik avtomobili, 6 lot üzrə komptyter və rabitə avadanlığı, 1 lot üzrə mebel və texniki avadanlıq, 1 lot üzrə 60 ədəd posterminal satışa çıxarılır.  

 

Hərrac açıq formada Azərbaycan Respublikası Xammal və Əmtəə Birjasında, Bakı şəh, İ.Hidayətzadə küç, 156(20A) 1933-cü məh. ünvanında keçiriləcək. Hərraca cıxarılan əmlakın vəziyyəti ilə http://www.birjanews.az/store/mantlrin-sigortalanmasi-fondu?limit=40 saytında tanış olmaq olar.

 

Bundan başqa qeyd etmək istəyirik ki, Əmanətlərin Sığortalanması Fondunun Xammal və Əmtəə Birjası vasitəsilə son zamanlar təşkil etdiyi hərraclarda ləğv prosesində olan QSC “BankStandard” KB, “Texnikabank” ASC, “Bank of Azerbaijan” ASC, “Zaminbank” ASC, “Dekabank” ASC və “Royalbank” ASC-nin balansındakı daşınar və daşınmaz əmlakı satılıb.

 

TBC KREDİTDƏN KAMPANİYA: TƏMİRİ İNDİ ET, ÖDƏNİŞƏ 3 AY SONRA BAŞLA

 

Sadalanan ləğv prosesində olan banklara məxsus 17 avtomobil, 5 ədəd bankomat, pul sayan və pul presləyən avadanlıqlar, dörd lot üzrə 340 ədəd mebel və texniki avadanlıq,  generator, Bakıda fərdi ev, Qubada qeyri-yaşayış sahəsi və İsmayıllı rayonunda torpaq sahəsi satılıb.

 

Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan bankların əmlakının satışı üzrə hərracların təşkilini davam edir.                                                                                                                               

08.08.2018 07:51

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ