Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Azərbaycanın bank sektoru üzrə proqnoz dəyişdi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanın bank sektoru üzrə proqnoz dəyişdi

“Moody`s” beynəlxalq reytinq agentliyi Azərbaycanın bank sektoru üzrə proqnozu “neqativ”dən “stabil”ə dəyişib.

 

"Neftin qiymətinin bahalaşması nəticəsində ölkə iqtisadiyyatı artacaq. Biz 2018-2019-cu illərdə Azərbaycanda ÜDM-in artımının müvafiq olaraq 1,5% və 3% təşkil edəcəyini gözləyirik. Bu, neftin qiymətinin bahalaşması və ixrac həcmlərinin artması sayəsində mümkün olacaq", - deyə agentliyin Azərbaycanın bank sisteminə dair icmalında ("Banking System Outlook: Azerbaijan: Resumed economic growth will underpin banks` fragile recovery") qeyd olunur.

 

Agentliyin qiymətləndirmələrinə görə, iqtisadi artım kreditə tələbin tədricən yüksəlməsinə səbəb ola bilər. "Biz 2019-cu ildə bankların məcmu kredit portfelinin əsasən əhaliyə verilən kreditlərin həcminin artması hesabına 5-10% artacağını gözləyirik. Lakin cari ildə korporativ kreditləşmənin dinamikası zəif olaraq qalacaq. Biz 2018-ci ildə ev təsərrüfatlarının kreditləşdirilməsi hesabına kredit portfelinin 5% -10% artacağını gözləyirik", - deyə icmalda bildirilir.

 

“Moody`s” gələcəkdə Azərbaycan banklarının kredit portfelinin yaxşılaşacağını və “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin qısa valyuta mövqeyinin hecləşdirilməsini proqnozlaşdırır.

 

Agentliyin qiymətləndirmələrinə görə, Azərbaycanın bank sektorunda konsolidasiya davam edəcək, çünki iqtisadi azalmaya və milli valyutanın devalvasiyasına məruz qalan, eləcə də hələ də kapital çatışmazlığı ilə üzləşən banklar maliyyə cəhətdən daha güclü banklara qoşulmağa can atacaq.

 

"Azərbaycan banklarının aktivlərinin keyfiyyəti və mənfəətliliyi yüksək riskli aktivlər səbəbindən və borclarla bağlı mümkün itkilər üçün əlavə ehtiyatların yaradılması zərurətindən zəif olaraq qalacaq", - deyə agentlik qeyd edir.

 

Agentliyin proqnozlarına görə, 2018-2019-cu illərdə Azərbaycanda bankların kreditlər üzrə ehtiyatları (LLR) tədricən azalacaq. Eyni zamanda, problemli kreditlərin payının yüksək səviyyədə qalacağı proqnozlaşdırılır. 2017-ci ilin yekunları üzrə problemli kreditlərin xüsusi çəkisi 18,7% təşkil edəcək, 2018-2019-cu illərdə bu göstərici müvafiq olaraq 15% və 13%-dək azalacaq.

 

ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN

 

© İnterfaks-Azərbaycan

08.08.2018 09:41

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ