Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

SOCAR Almaniya şirkətinin Türkiyədəki biznesini ala bilər

iç səhifə xəbər başlığı altı (mobil)_31
SOCAR Almaniya şirkətinin Türkiyədəki biznesini ala bilər

Almaniyanın nəhəng şirkəti EWE Türkiyədən çıxır.

 

Reklam_3_11

"Marja" Türkiyə mətbuatına istinadən xəbər verir ki, EWE-nin, şəhərdaxili qaz paylamasını həyata keçirən "Bursagaz" və "Kayserigaz" şirkətlərindəki səhmlərini satmaq üçün potensial alıcılarla apardığı danışıqlar böyük miqyasda başa çatıb.

 

ONLAYN MÜRACİƏTLƏ 1 İŞ GÜNÜNƏ MANAT KREDİTLƏRİ

 

Türkiyədə milyardlarla dollarlıq zavod və neft kəmər investisiyaları ilə tanınan Azərbaycanın dövlət neft şirkəti SOCAR, ən güclü namizəd kimi önə çıxır. Satınalma üçün danışılan məbləğin 200-250 milyon dollar olduğu bildirilir. Səhmləri almaq üçün SOCAR-ın ən yaxın rəqibi "Kolin" şirkətidir.
 

"EWE Turkey Holding" Almaniyanın "EWE AG" şirkətinin tərkibindədir. Almaniya şirkəti 2007-ci ildə Türkiyənin enerji bazarına daxil olmuşdu. EWE-nin "Bursagaz", "Kayserigaz", "EWE Enerji", "Enervis" ve "Millenicom"  olmaqla 5 şirkətdə payı var.  

 

SOCAR-ın almaq istədiyi "EWE Enerji" illik 2-2.5 milyard kubmetrlik qaz tədarük həcmi ilə Türkiyənin ən böyük özəl topdan satış portfelini idarə edir. SOCAR-ın, bazara nisbətən daha münasib qiymətli bu qazın önəmli hissəsini STAR Neft Emalı Zavodunda istifadə etməyi planlaşdırdığı qeyd olunur.
 

EWE, "Bursagaz" və "Kayserigaz"da 80 faiz paya  malikdir. "Çalık Enerji"nin "Bursagaz" və "Kayserigaz"da 10 faiz payı var. Qalan 10 faiz səhmlər də  bələdiyyələrə aiddir.

08.08.2018 13:56

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ