Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Gürcüstan larisi də üzüaşağı yuvarlanmağa başlayıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
 Gürcüstan larisi də üzüaşağı yuvarlanmağa başlayıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycandan sonra qonşu Gürcüstanda da milli valuta dollara nisbətdə üzüaşağı yuvarlanmağa başlayıb.

 

Bu gün Gürcüstan Mərkəzi Bankının müəyyən etdiyi məzənnəyə əsasən 1 dollar 2.6599 laridir. Ölkədə larinin dəyərdən düşməyə başladığı haqda narahatlıqlara cavab olaraq maliyyə nazirinin müavini Georgi Tabukaşvili deyib ki, buna inanmaq lazım deyil. “Hər şey yaxşı olacaq. Mən detalları və səbəbləri açıqlaya bilmərəm”-nazir müavini deyib.

 

İqtisadiyyat naziri Georgi Qaxariya isə larinin ucuzlaşmasını Türkiyədə son terror aktları ilə əsaslandıırb və bunun qısamüddətli tendensiya olduğunu deyib. “Biz balaca, açıq iqtisadiyyatıq. Ona görə də əsas ticarət partnyorlarımızda baş verən hadisələr iqtisadiyyatımıza təsir edir. Lari ilə bağlı son baş verənlər türk lirəsinin ucuzlaşmasının əks-sədasıdır. Biz sabitləşmə gözləyirik”-nazir bildirib.

 

Lakin iqtisadçı ekspertlər deyirlər ki, lari 2013-cü ildən bəri dəyərdən düşür və bunun səbəbini hökumətdə axtarmaq lazımdır. “Yeni iqtisad məktəbi”nin rəhbəri Paata Şeşelidze hesab edir ki, larinin sabitləşəcəyini gözləmək üçün heç bir zəmin yoxdur. “İstənilən ölkədə-Gürcüstanda, Türkiyədə və Azərbaycanda milli valyuta eyni prinsiplə dəyərdən düşür. Bunun səbəbi heç də partlayışlar deyil, Mərkəzi Bankın səhv siyasətidir”-ekspert bildirib.

 

Xatırladaq ki, bundan əvvəl Gürcüstan Mərkəzi Bankının keçmiş rəhbəri Roman Qotsiridze də manatın kəskin ucuzlaşmasının səbəbinin Mərkəzi Bankın səhv monetar siyasəti olduğunu demişdi.

®virtualaz.org

14.12.2016 09:20

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ