"Azər Türk Bank" korporativ müştərilərə maaş kartlarını pulsuz verəcək

(®) Dövlət bankı Azər Türk Bank fəaliyyətinin 23 illiyi münasibətilə hüquqi şəxs və fərdi sahibkarlar üçün xidmət və məhsullar üzrə “Biznesiniz əlavə xərclərsiz!” adlı güzəşt kampaniyasına başlayıb.

 

Kampaniya ərzində Azər Türk Bankla əməkdaşlığa başlayan təşkilatlara, işçiləri üçün, üçillik xidmət müddətli MasterCard Debet əməkhaqqı kartları Bank tərəfindən, sayına məhdudiyyət qoyulmadan, pulsuz veriləcək və ilk məvacibin köçürülməsi zamanı komissiya tutulmayacaqdır. Qeyd edək ki, Azər Türk Bankın müştəriləri əməkhaqqı kartları ilə ölkə daxilində istənilən bankın bankomatından vəsaitlərini çəkdikləri zaman faiz tutulmur.

 

Kampaniya dövründə cari hesabların açılması üçün ödəniş tələb olunmayacaq.

 

Bundan əlavə, Bank hüquqi şəxs olan müştərilərinə üçillik xidmət müddətli MasterCard Business ödəniş kartı, fərdi sahibkarlara Sahibkar Kartı hədiyyə edir.

 

Kampaniyanın müddəti 9 sentyabrda bitir.

 

Daha ətraflı məlumatı  www.azerturkbank.az saytından, Bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə edə bilərsiniz.

 

Eləcə də, artıq bankla Whats App vasitəsilə də əlaqə saxlamaq mümkündür - (055) 7770-945

9 Avqust 2018 , 06:50   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Af Biznes Merkezleri
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin