Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

1376 beynəlxalq sığorta müqaviləsi bağlanıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
1376 beynəlxalq sığorta müqaviləsi bağlanıb

Yanvar ayında Yaşıl Kart sistemi çərçivəsində fəaliyyət göstərmək hüququ olan sığortaçılar tərəfindən 1376 beynəlxalq sığorta müqaviləsi bağlanılmışdır.

 

Reklam_3_11

İcbari Sığorta Bürosunun yaydığı məlumata görə, bu müqavilələrdən 674 müqavilə Türkiyə və İran İslam Respublikasına, 634 müqavilə isə Rusiya, Moldova və Ukrayna Respublikasına, 68 müqavilə isə Yaşıl Kart Sisteminə daxil olan bütün ölkələrə səfər edən avtonəqliyyat vasitələri ilə bağlı olmuşdur.

 

Yanvar ayında beynəlxalq sığorta müqavilələri üzrə sığorta haqları 91 866 manat təşkil etmişdir. Yaşıl kart üzrə bağlanılan müqavilələrin 1078-i minik, 150-ü yük, 134-i qoşqu, 14-ü isə avtobus kateqoriyası üzrə olan nəqliyyat vasitələri ilə bağlı olmuşdur.

 

Məlumat üçün bildirək ki, hal-hazırda yaşıl kart sığorta növü üzrə 13 sığorta şirkəti ( “Atəşgah” Sığorta Şirkəti ASC, “Standard İnsurance” Sığorta Şirkəti ASC, “AtaSığorta” ASC, “Xalq Sığorta” ASC,  “Paşa Sığorta” ASC, “AXA MBASK” Sığorta Şirkəti ASC,  “AzSığorta” ASC, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti,“Meqa Sığorta” ASC, “İPƏK YOLU SIĞORTA” ASC, “Azərbaycan Sənaye Sığorta” ASC, “Qala Sığorta” ASC,  “Günay Sığorta” ASC)  fəaliyyət  göstərir.

10.02.2017 06:41

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ