Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

ABŞ: Rusiyaya yeni sanksiyalar tətbiq edəcəyik

iç səhifə xəbər başlığı altı (mobil)_31
ABŞ: Rusiyaya yeni sanksiyalar tətbiq edəcəyik
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

ABŞ, keçmiş Rusiya agenti Sergey Skripal və qızı Yulia Skripalı İngiltərənin Salisbury şəhərində "Novichok" maddəsi ilə zəhərlənməsi cəhdinə görə Rusiyaya sanksiya tətbiq ediləcəyini  açıqlayıb

 

"Marja" xəbər verir ki, ABŞ-ın Xarici İşlər Nazirliyinin sözçüsü Heather Nauert yazılı açıqlamasında, "İngiltərə vətəndaşı Sergei Skripal və qızı Yulia Skripal-a qarşı "Novichok" adlı sinir qazı ilə sui-qəsd cəhdi edilib. ABŞ hökuməti 6 Avqust 2018-də, 1991-ci il Kimyəvi və Bioloji Silahların Nəzarəti və Aradan Qaldırılması Qanunu çərçivəsində Rusiya Federasiyası hökumətinin beynəlxalq hüququ pozaraq öz vətəndaşlarına qarşı kimyəvi və ya bioloji silah istifadə etdiyini təsbit etmişdir",- İfadələrini istifadə edib.
 

Nauert, Konqresin bu barədə məlumatlandırıldığını və 15 günlük müddətin sonunda bu məsələdə tətbiq olunacaq sanksiyaların Avqustun 22-də Rəsmi Qəzetdə dərc olunacağını bildirib.
 

Sözçü sanksiyaların detallarına dair məlumat verməyib.

 

Bu ayın sonundan sonra tətbiq ediləcək yeni sanksiyalar, Prezident Donald Trampın Rusiya lideri Vladimir Putin ilə münasibətləri yaxşılaşdırmaq səyləri göstərdiyi və 2016-cı ildə ABŞ-da seçkilərə Rusiya müdaxiləsinə dair davam edən istintaq zamanı açıqlanır.


Bir müddət əvvəl, ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putin ilə Helsinkidə görüşmüş  və açıqlamalarına görə ABŞ-da də bütün təbəqələrin tənqidi ilə qarşılaşmışdı.

 

İNGİLTƏRƏ, ABŞ-IN RUSİYAYA SANKSİYALARINDAN MƏMNUNDUR
 

Böyük Britaniya rəhbərliyinin, keçmiş rusiyalı agent Sergey Skripal və qızı Yulia Skripalı "Novichok" maddəsilə zəhərləməsilə əlaqədar olaraq ilə ABŞ-ın Rusiyaya qarşı sanksiya qərarından məmnun olduqları bildirilib.
 

Böyük Britaniyanın açıqlamasında deyilir:
 

"Böyük Britaniya ABŞ-ın bu yeni sanksiyanı məmnuniyyətlə qarşılayır. Salisbury şəhərinin küçələrində kimyəvi silah işlədilməsinə qarşı sərt beynəlxalq reaksiya, fitnəkar və qorxusuz davranışlarına göz yumulmayacağına dair Rusiyaya açıq bir mesaj göndərir". 
 
 
4 MARTDA ZƏHƏRLƏNDİLƏR
 

Böyük Britaniya xarici kəşfiyyat xidməti MI6 üçün çalışdığı ortaya çıxanda ölkəsində məhkum edilən və daha sonra casus barteri ilə İngiltərəyə gələn rusiyalı agent Skripal ilə qızı, 4 Martda adanın Salisbury şəhərində bir bankda huşlarını itirmiş vəziyyətdə tapılmışdı.
 
ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN

 
İngiltərə, Skripal və qızının zəhərlənməsində, Rusiya tərəfindən istehsal edildiyi irəli sürülən, hərbi xarakterli və sinir sistemi üzərində təsirli bir kimyəvi maddənin istifadə edildiyinii bildirmişdi.
 

Bu maddənin Sovet İttifaqı tərəfindən 1970 və 1980-cı illərdə istehsal edilmiş "Novichok" adlı kimyəvi qrupunun üzvü olduğu bildirilmişdi.

09.08.2018 08:21

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ