Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Azərbaycanda daxili səyahətlər də sığortalanacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanda daxili səyahətlər də sığortalanacaq

Azərbaycanda ölkə daxili səfərlər üçün sığortanın tətbiqinə başlanılacaq. Sığorta şirkətlərinin demək olar ki, hamısı xarici səyahət üçün sığorta xidməti göstərsələr də daxili səfərlər üçün sığorta xidməti göstərən şirkət demək olar ki, yoxdur. İndi isə yeniliyi "Atasığorta" edərək daxili səyahətin sığortalanmasına başlayır.

 

Şirkətin yeni təqdim etməyə hazırlaşdığı səyahət sığortası paketlərini açıqlayıb. Məlumata görə, "Atasığorta" regionlara səyahət edən şəxsləri iki variantda – günü 3,5 manat və ya 5,5 manat sığorta haqqı ilə sığortalayacaq.  3,5 manatlıq sığortalanma zamanı müştəriyə 5 min manat, 5,5 manatlıq sığortada isə 10 min manatlıq sığorta məbləği təklif edilir. Bu sığorta tibbi (ambulator və stasionar) xidmətlər üzrə, tibbi daşınma/evakuasiya və repatriasiya, hüquqi yardım xidmətlərini əhatə edir. Bununla yanaşı, genetik xəstəliklər, şəkər və  ürək xəstələri olanlara isə bu aid olmayacaq.

 

"Atasığorta"nın rəhbəri Müseyib Əliyev bildirib ki, artıq şirkət bu məhsulları təsdiqlənmək üçün Maliyyə Bazarlarına Nəzarət Palatasına təqdim edib, təsdiqdən dərhal sonra məhsulların tətbiqinə başlanacaq.

 

Şirkət rəhbərinin sözlərinə görə, daxili səyahət üçün sığorta məhsulları bütün fəsillərdə keçərli olacaq, o cümlədən qış tətillərində də daxili səyahəti sığortalamaq mümkün olacaq. Amma fəsillərdən asılı olaraq qiymətlər də dəyişəcək.

 

M.Əliyev bildirib ki, bundan başqa, sentyabrdan etibarən şirkət könüllü sığorta üzrə yeni məşsullarını təqdim etməyə hazırlaşır.

 

ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN

 

© FED

09.08.2018 08:39

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ