Gömrükdən İyul rekordu

 

2018-ci ilin yanvar-iyul aylarında Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) dövlət büdcəsinə 1 milyard 941 milyon manat köçürüb ki, bu da 2017-ci ilin eyni dövrü ilə müqayisədə 36 faiz çoxdur.

 

Bu barədə "Marja" DGK-nin hesabatına istinadən məlumat verir.

 

2017-ci ilin yanvar-iyul dövründə büdcə daxilolmaları 1 milyard 428 milyon manat təşkil etmişdi. 

 

İyul ayı üzrə büdcə köçürmələr 322 milyon 161 min manat təşkil edib. Bu, 2018-ci ildə ən yüksək aylıq köçürmədir. Bundan əvvəl 2018-ci ildə ən yüksək aylıq köçürmə Aprel ayında 300 milyon 591 min manat olmuşdu.

 

Ötən ay büdcəyə daxilolmalar gömrük rüsumlarından 85,95 milyon manat, ƏDV-dən 214,51 milyon manat, aksizlərdən 18,25 milyon manat, yol vergisindən 3,45 milyon manata bərabər olub.

 

2017-ci ilin iyul ayı ilə müqayisədə gömrük rüsumlarından daxilolmalar 40,3 faiz, ƏDV-dən 16,3 faiz, aksizlərdən 2,3 dəfə, yol vergisindən 23,3 faiz artıb.

 

Qeyd edək ki, 2018-ci il üçün dövlət büdcəsinə gömrük daxilolmaları üzrə proqnoz 3 milyard 215 milyon manat təşkil edir.

 

ONLAYN MÜRACİƏTLƏ 1 İŞ GÜNÜNƏ MANAT KREDİTLƏRİ

 

Büdcə daxilolmaları, İyul 2018

Gömrük rüsumu üzrə

85951.20

ƏDV üzrə

214508.30

Aksizlər üzrə

18247.10

Yol vergisi üzrə

3454.90

Cəmi

322161.50

9 Avqust 2018 , 13:34   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Af Biznes Merkezleri
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin