Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

"İranın Azərbaycan ilə layihələri gecikə bilər"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"İranın Azərbaycan ilə layihələri gecikə bilər"

“ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyaların əsas mahiyyəti “İranla iqtisadi əməkdaşlıq edən heç bir dövlət ABŞ-la iqtisadi əməkdaşlıq edə bilməz”dir”.

 

Reklam_3_11

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili deyib.

 

O qeyd edib ki, sanksiyaların İran iqtisadiyyatın təsiri artıq hiss olunur: “İnflyasiya, milli valyutanın devalvasiyaya uğraması, insanların narazılığı kimi simptomlar artıq müşahidə olunmaqdadır”.

 

İrana tətbiq olunan sanksiyaların Azərbaycana iqtisadi təsirinin olub-olmayacağı məsələsinə toxunan T.Mirkişili bildirib ki, Azərbaycan iqtisadiyyatında İranın payı kiçikdir: “2018-ci ilin 6 ayın yekunlarına baxsaq İranın Azərbaycanın xarici ticarət dövriyyəsində payı 1%, ixracında payı 0.1% , idxalında payı 2.9% dir. İran Azərbaycan iqtisadiyyatına bu günə qədər 3.1 mlrd dollar investisiya yatırıb ki, bu da Azərbaycana qoyulan xarici investisiyaların 1.4%-ni təşkil edir. İran ilə qeyri-neft sektorunda birgə layihələr kimi, istismara verilmiş avtombil zavodunu və tikilməkdə olan əczaçılıq fabrikini göstərmək olar. Yəni İranda baş verən iqtisadi prosseslərin Azərbaycan iqtisadiyyatına birbaşa təsiri çox cüzi ola bilər. Amma bunlarla yanaşı, Azərbaycanın da İran ərazisində strateji iqtisadi maraqları var. Belə ki, Şimal-Cənub dəmir yolunun İran ərazisində tezliklə başa çatması üçün Azərbaycanın aktiv mövqe nümayiş etdirməsi, İran İqtisadiyyat Nazirliyinə bu məqsədlə 500 milyon dollar kredit ayırması bunlara sübutdur. Azərbaycan Avropa Birliyi, Rusiya və İran arasında tranzit rolu oynamaqdan strateji gəlir əldə etməyi hədəfləyir. İranda iqtisadi çətinlikərin olması bu layihənin başa çatmasında gecikmələrə səbəb ola bilər”.

 

Deputat vurğulayıb ki, İranda sabitliyin və rifahın olması hər zaman Azərbaycanın marağında olub: “İranda sabitliyin pozulması 100 minlərlə insanın Azərbaycan sığınmasına səbəb ola bilər ki, bu həm iqtisadi, həm də sosial cəhətdən arzuolunmazdır. Ümid edirik ki, İran və ABŞ rəsmiləri daha uzaqgörən olaraq faciəvi nəticələrə gətirib çıxarmadan münasibətləri tənzimləməyi bacaracaqlar”.

 

ONLAYN MÜRACİƏTLƏ 1 İŞ GÜNÜNƏ MANAT KREDİTLƏRİ

 

© Report

09.08.2018 11:21

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ