Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Bank filialına müdir axtarışındadır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bank filialına müdir axtarışındadır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"AFB Bank" vakansiya elan edib.

 

Vəzifə: Filial müdiri


İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)

Ünvan: Bakı şəhəri.

 

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR: 

 -Ali İqtisadi təhsilinin olması;

 -Ən azı 5 (beş) il bank təcrübəsinin olması;

-Ən azı 2 il rəhbərlik təcrübəsi;

 -İnzibatçı vəzifəsinə namizəd kimi, Azərbaycan Respublikası Mərkəzi Bankının (ARMB) xüsusi komissiyasından attestasiyadan keçmiş olmalı və yaxud buna hazırlıqlı olmalı;

 -Vətəndaş qüsursuzluğuna malik olmalı;

 -Biznesi inkişaf etdirmə bacarığı;

 -Müştəri bazasını idarəetmə bacarığı;

 -Ünsiyyət qurma, komandada işləmək və problemi həll etmə bacarığı;

 -Filialın maliyyə hesabatlarını (balans, mənfəət/zərər) təhlil etmə və qiymətləndirmə bacarığı;

 -Azərbaycan və rus dillərində səlis danışıq bacarığı;

 -MS Office-dən istifadə bacarığı.

 

İŞİN TƏSVİRİ:

 -Filial hədəflərinin və Bankın strateji planlarının gercəkləşdirilməsi üçün filialdakı satış və əməliyyat işlərinin məhsuldar şəkildə istiqamətləndirmək;
 -Filialın  müştəri bazasının genişləndirilməsi üçün potensial müştəriləri müəyyən etmək, banka yeni müştərilər cəlb etmək, müştərilərə yüksək səviyyəli bank xidmətlərinin göstərilməsini təşkil etmək, bütün növ  bank məhsullarının satışını təşkil etmək;
 -Tabeçiliyində olan əməkdaşların işini gündəlik olaraq planlaşdırmaq, koordinasiya və nəzarət etmək;
-Satış işlərini dəstəkləmək, əməliyyat qrupu ilə sıx əlaqədə olmaq və xidmətin keyfiyyətinə nəzarət etmək;
-Müştərilərin davamlı olaraq ziyarət edilməsini təşkil etmək;
-Filialdakı əməliyyat riskini izləmək, audit və daxili nəzarət hesabatlarını incələyərək lazımı tədbirlər görmək.

 

Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Filial müdiri” qeydi edərək [email protected] elektron ünvanına göndərməyinizi xahiş edirik.

09.08.2018 14:01

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ