Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qərarı turist sayını azaldıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qərarı turist sayını azaldıb

Cari ildə Gəncəyə ən çox turist İran və Türkiyədən gəlib.

 

Bu ilin birinci yarısında Gəncə Turizm İnformasiya Mərkəzinə 11 min 243 müraciət olub. Mərkəzə müraciət edən turistlərdən 7 min 328-i yerli, 3 min 915-i xarici ölkə vətəndaşıdır. Bu il Gəncəyə ən çox turist İran və Türkiyədən gəlib. Bunun müqabilində Gəncə sakinlərinin də ən çox səfər etdiyi ölkələr Türkiyə və İran olub. Bu sıraya Gürcüstan və Rusiya da daxildir.

 

Gəncə Turizm İnformasiya Mərkəzindən bildirilib ki, mərkəz ötən aylar ərzində “Gəncə-Göygöl”, “Gəncə-Daşkəsən-Xoşbulaq”, “Gəncə-Qəbələ” və “Gəncə-Şəki” turizm marşrutları üzrə turlar təşkil edib. Bu turlarda 2 min 660 yerli və xarici turist iştirak edib.

 

Qərb bölgəsinin mərkəz şəhəri hesab edilən Gəncə isə yerli və xarici turistlərin daha çox ziyarət etdiyi şəhər olub. Bu şəhərin tarixi məkanları, abidələri, dini ziyarətgahları, müasir tikililəri, istirahət və əyləncə mərkəzləri, həmçinin zəngin mətbəxi Gəncəni görmək istəyən turistlərin diqqətini cəlb edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə Gəncəyə gələn turist sayında 5-6 faiz artım qeydə alınıb.

 

Mərkəzdən deyilib ki, turist sayındakı artımın nisbətən az olmasının səbəbi bu ildən Göygöl Milli Parkının ərazisində olan istirahət mərkəzləri, otel, kafe və restoranların fəaliyyətinin dayandırılmasıdır. Ərazidəki iaşə obyektlərinin fəaliyyətində ətrafda mövcud ekosistemin pozulmasına və ekologiyanın çirklənməsinə səbəb olan hallar aşkar edildiyindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin göstərişi ilə onların fəaliyyəti dayandırılıb. Bu hal isə daha çox bölgəyə üz tutan turistlərin sayına təsir edib.

 

ONLAYN MÜRACİƏTLƏ 1 İŞ GÜNÜNƏ MANAT KREDİTLƏRİ

 

© Azərtac

09.08.2018 14:19

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ