Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

"Narda istehsala rəğmən ixrac aşağıdır"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Narda istehsala rəğmən ixrac aşağıdır"

Kənd təsərrüfatı naziri İnam Kərimov Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının üzvləri ilə görüşüb.

 

Kənd Təsərrüfatı Nazirliyindən "Marja"ya verilən məlumata görə, görüşə assosiasiyanın rəhbərləri, istehsalçı və ixracatçı şirkətlərin təmsilçiləri, fermer və aqronomlar qatılıblar.

 

Nazir assosiasiyalarla əməkdaşlığa böyük önəm verildiyini deyərək nazirlikdə struktur dəyişiklikləri aparıldığını deyən nazir bu çərçivədə fermerlərlə, assosiasiyalarla və kooperativlərlə iş şöbəsinin yaradıldığını xatırladıb. İ.Kərimov nazirliyin öz fəaliyyətində fermerlərə yaxın olmaq prinsipini əsas götürdüyünü vurğulayıb, indiyə kimi bir çox ixtisaslaşmış assosiasiyaların nümayəndələri ilə görüşdüyünü deyib. Assosiasiyaların nümayəndələri ilə görüşlərdə məqsəd problemləri araşdırmaq, ümumiləşdirmək, təhlil etmək və çıxış yolları ilə bağlı təkliflər hazırlamaqdır. Narın ixrac potensialı yüksək olan kənd təsərrüfatı məhsullarından biri olduğunu xatırladan nazir bu sahənin inkişaf etdirilməsinin vacib olduğunu deyib.

 

Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Fərhad Qaraşov ölkədə nar yetişdirilməsində mövcud vəziyyətdən danışıb, istehsal həcminə rəğmən ixrac göstəricisinin aşağı olduğunu deyib və bunu keyfiyyətli məhsulun az olması ilə əlaqələndirib.

 

Fərhad Qaraşov ting çatışmazlığını, mütəxəssislərin sayının az olmasını, nar bağlarında istifadə olunan dərman və gübrələrin çatışmazlığını, istehsal səviyyəsinə dair statistik məlumat bazasının zəif olmasını həllini gözləyən əsas məsələlər kimi qeyd edib.

 

Görüşdə çıxış edənlər yeni nar bağlarının salınması, Azərbaycana məxsus ənənəvi sortların populyarlaşdırılması, ixracatın stimullaşdırılması ilə bağlı təkliflər səsləndiriblər.

 

Nazir hazırda ölkədə tingçilik və toxumçuluğun inkişafına dair Dövlət Proqramının layihəsi üzərində iş getdiyini deyib, sənəddə narçılığın inkişafını dəstəkləməklə bağlı müddəaların yer alacağını bildirib. Görüşdə səsləndirilən təkliflərin nəzərə alınacağını deyən İ.Kərimov bu cür görüşlərin mütəmadi keçiriləcəyini vurğulayıb.

09.08.2018 16:02

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ