Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Yapon avtomobil nəhənglərindən etiraf

iç səhifə xəbər başlığı altı (mobil)_31
Yapon avtomobil nəhənglərindən etiraf
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Yaponiyanın informasiya agentliyi "Kyodo"nun xəbərinə görə, Nissan və Subaru-nun ardınca avtomobil nəhəngləri Suzuki, Mazda və Yamaha da avtomobillərin emissiya və yanacaq sərfiyyatı testlərinin uyğun olmayan şəraitdə keçirildiyini etiraf ediblər.
 

"Marja" xəbər verir ki, hər 3 şirkətin rəsmiləri də Nissan və Subaru-nun etdiyi kimi, testlərdə hiylə və ya sənədlərdə dəyişiklik edilmədiyini, ancaq testlərin olması lazım olan şəraitdə keçirilməməsi səbəbindən yalan  nəticələr ortaya çıxdığını qeyd ediblər.
 

Reklam_3_11

Avtomobillərin emissiya və yanacaq sərfiyyatı testlərinin Nəqliyyat Vasitələri Məcəlləsində nəzərdə tutulduğundan aşağı sürətlərdə həyata keçirildiyi üçün daha az emissiya və yanacaq dəyərlərinin ortaya çıxdığı qeyd edilib.
 

Suzuki, 2012-ci ilin İyunundan ötən aya qədər istehsal olunan 13 min avtomobilin bu formada test edildiyini bildirib.
 

Nəqliyyat Nazirliyi isə 20 avtomobil istehsalçısından aldığı nümunə vasitələrdə apardığı araşdırmalarla bağlı hesabatını yayıb. Təhlil olunan avtomobillər arasında Mazda-nın istehsal etdiyi 1875 maşının 4%-nin, Yamaha-ya məxsus 335 avtomobilin isə 2%-nin uyğun şəraitdə test olmamasının aşkar edildiyi bildirib.
 

1 GÜNƏ KREDİT ALIN!

 

Daha əvvəl Nissan və sonra Subaru şirkətləri, Yaponiyadakı zavodlarında istehsal olunan avtomobillərin emissiya sınaqlarında qanunsuzluq edildiyini etiraf etmişdi.
 

Nissan ölkədəki 5 zavodunda avtomobillərin emissiyaları və ya kilometr performansları ilə bağlı göstəricilərdə dəyişiklik aparıldığının və ya testlərin uyğun olmayan şəraitdə keçirildiyinin müəyyən edildiyini açıqlamışdı.

09.08.2018 17:17

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ