Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

"Onların dollarları varsa, bizim də xalqımız, Allahımız var" - LİRƏ "UÇUR"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Onların dollarları varsa, bizim də xalqımız, Allahımız var" - LİRƏ "UÇUR"

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rizədə çıxışında Dollar/Türk Lirəsi məzənnəsinin yüksəlməsinə də toxunub. 

 

"Marja" xəbər verir ki, hazırda 5.74 səviyyəsini keçən Dollar/Türk Lirəsi məzənnəsindəki yüksəlişə münasibət bildirən Ərdoğan, "Müxtəlif kampaniyalar davam etdirilir. Bu kampaniyalara qulaq asmayın. Onların dollarları varsa, bizim də xalqımız, haqqımız, Allahımız var. Heç narahat olmayın. Çox çalışacağıq və 2023-cü ilə fərqli girəcəyik" - deyib.

 

Ərdoğanın bu açıqlamasından sonra Dollar daha da ucuzlaşıb.

 

Xəbər verdiyimiz kimi, Türkiyədə Dolların məzənnəsi görünməmiş bir sürətlə yüksəlməyə davam edir.

 

Dollar/Türk Lirəsi (TL) məzənnəsi dünən günə 5.30-un üzərində başlamışdı. Daha sonra Dollar/TL məzənnəsi 5.48-i aşaraq yeni rekordunu qırdı. Axşam saatlarında tarixi rekordunu yeniləyən Dollar/TL  məzənnəsi gecə yüksəlişini davam etdirərək bu gün səhər 5,74 səviyyəsini keçib. Lirə son 24 saatda Dollar qarşısında 6%-dən çox ucuzlaşıb.

 

Bu gün səhər Bakı vaxtı ilə saat 09:30-da Dollar 5.7465 Türk Lirəsi səviyyəsində olub.

 

Keşiş Endryu Brunsonın həbsi və Vaşinqton rəhbərliyinin sanksiya qərarları səbəbilə Türkiyə və ABŞ arasında böhran başlayıb. Türkiyədən doqquz nəfərlik bir diplomatik heyət, Amerika və Türkiyə arasındakı gərginlikləri aradan qaldırmaq məqsədilə Vaşinqtonda danışıqlar aparıb.  
 

1 GÜNƏ KREDİT ALIN!

 

ABŞ ilə danışıqlardan nəticə çıxmadığı bildirilir. Bu səbəbdən məzənndə yüksəliş davam edir. Danışıqların uğursuz keçdiyini və razılıq əldə olunmadığını yazan Amerikanın "Wall Street Journal" qəzeti, Tramp-ın komandasının Türkiyəyə yeni sanksiyalar tətbiq etməyə hazırlaşdığı məlumatını da verib. 

 

Qeyd edək ki, son bir ildə Türk Lirəsinin Dollar qarşısında ucuzlaşması 57,91%-ə çatıb.

10.08.2018 05:53

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ